Домой / İKT xəbər / 1 dəqiqənin önəmi

1 dəqiqənin önəmi

1 dəqiqənin önəmiBəzi insanlar üçün 1 dəqiqənin elə də önəmi yoxdur. Bəzi adamlar üçün isə 1 dəqiqə qızıla və ya minlərlə dollar pula bərabərdir. Misal kimi dünyanın ən varlı adamı, Microsoft şirkətinin yaradıcısı və sahibi olan Bill Qeyts 1 saniyədə 1000 dollardan çox pul qazanır. Bizim internetdən istifadə etdiyimiz sosial medialar, dərgilər, alış-veriş saytları, xəbər agentlikləri, axtarış sistemləri və s. xidmətlər göstərən saytlar internetin sadəcə «surface» hissəsidir. Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan, təhlükəli yerlər var. Buna DeepWeb deyilir. Google, Yandex kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildi. DeepWeb-ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə, Surface Web 10%-dir. DeepWeb-də saxlanılan informasiya Surface Web-dəki informasiyadan 400-500 dəfə çoxdur.

Bir dəqiqənin önəmi

1 dəqiqənin önəmiİnternetin 10% hissəsində isə saniyə, dəqiqə ərzində milyonlarla dollar pul əldə olunur, milyonlarla insan keçidlər edir. Statistikaya görə 1 dəqiqə ərzində internetdə bu əməliyyatlar yerinə yetirilir:

  • «WordPress»də yığılmış bloqlara 1500-ə yaxın məqalə dərc edilir.
  • Twitterdə 700-ə yaxın hesab açılır,000-dən çox «tweet» reallaşır.
  • Alış-veriş saytı olan «Amazon»dan 3000-dən çox alış reallaşır və sayta 150.000 dollar ödənilir.
  • «Google Play Market»dən 75.000 tətbiq və ya oyun yüklənilir.
  • «İOS Market»dən 30.000 yüklənmə edilir.
  • «Google»da 276.000-dən çox axtarış edilir.
  • 1 dəqiqə ərzində «Google» 100.000 dollar qazanır.
  • «YouTube» video portalına 120 saatlıq ümumi videolar yüklənilir.
  • «YouTube» video portalında 150.000-ə yaxın video izlənilir.
  • «Facebook»da 313 milyon bəyənmə qeydə alınır.
  • «Facebook»da 400.000 paylaşım edlir.
  • 1 dəqiqə ərzində «Facebook»un bazasına 350GB-dan çox informasiya ötürülür.
  • «Linkedn»də 10.000-dən çox istifadəçi axtarışı edilir.
  • «Skype»da 140.000 insan görüntülü danışıqdan istifadə edir.
  • «Tumblr»da 27.000 paylaşım edilir.
  • Ümumi elektron poçtlardan 200 milyondan çox mesaj göndərilməsi reallaşır.
  • «Whats App»da 750 hesab açılır və dəqiqə ərzində 130 milyon mesaj göndərilməsi qeydə alınır.
  • «DropBox»a 70.000 fayl yüklənilir.
  • «İnstagram»da 11 milyon bəyənmə, 60.000 şərh, 50.000-dən çox isə şəkil yüklənilir.

Ümumilikdə isə 1 dəqiqə ərzində internetin istifadə etdiyimiz surface hissəsində 135.000 GB məlumat bazaya ötürülür.

Müəllif: Bəhram Camalov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий