Домой / Xəbərlər / 8 saylı Bakı Peşə Liseyində 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir

8 saylı Bakı Peşə Liseyində 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii tədbir

20 yanvar faciesi haqqindaBu gün yanvarın 19 2015-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 8 saylı Bakı Peşə Liseyində Qanlı Yanvar Günü və Yanvar şəhidlərnin 25-ci ildönümünə həsr edilmiş ədəbi-bədii gecə keçirildi.

Tədbirin açılışını Tərbiyə İşləri üzrə direktor müavini Cəfərova Rəsmiyyə müəllimə etdi. O, tədbirin20 yanvar faciesi haqqinda keçirilməsinin vacib və zəruri olduğunu, bu hadisələrin gənc nəslin təlim-tərbiyəsində, vətənə sevgi və vətənpərvərlik hisslərinin aşılanmasında böyük rol oynadığını qeyd etdi.

Sonra çıxış üçün söz liseyin tarix müəllimi Ağayev Nəzərə verildi. Nəzər müəllim bir tarixçi kimi tarixə nəzər salaraq  20 Yanvar hadisəsinin Azərbaycan xalqına qarşı keçirilmiş qırğın, soyqırım adlandıraraq 20 Yanvar şəhidlərini «Azadlıq carçıları» olub, xalqımızın qan 03yaddaşına əbədi olaraq qızıl hərflərlə yazıldığını söylədi.

Daha sonra Qızıldaş Dini İcmasının axundu, həmçinin 8 saylı Bakı Peşə Liseyinin ixtisas-fənn müəllimi olan Ağayev Fərhad o günlərin canlı şahidi kimi çıxış etdi. O,Qara Yanvar20 Yanvar Faciəsi— 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdirtdiyi qətliam, Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar və amansız hərəkətlərindən, Bakı küçələrinə və meydanlarına çıxaraq buna öz ehtirazlarını bildirən geniş xalq kütlələrinə qarşı Sovet Ordusunun döyüş hissələrinin yeridilməsinin faciəyə gətirib çıxartdığını qeyd etdi.

Sonra tədbir liseyin şagirdlərindən ibarət ədəbi-bədii kompazisiya ilə davam etdirildi.Liseyin 202,203,205 və 209-ci qrup şagirdlərindən:

  • Teymurova Günel
  • Bayramova Cəmalə
  • Nəciyeva Natəvan
  • Rəhimova Aytən
  • Məhərrəmova Könül
  • Məhərrəmova Mələk
  • Muradov Məhəmməd
  • Bayramova Samirə

Və başqaları 20 yanvar şəhidlərinə həsr edilmiş şeir və hekayələrlə çıxış etdilər.

Tədbirdən belə bir nəticəyə gəlindi ki, 1990-cı ilin 20 Yanvarında keçmiş Sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata 20 yanvar faciesi haqqindakeçirdiyi qətillər insanlığa qarşı törədilmiş ən ağır və qatı cinayətlərdən biridir, bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar Sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yerildilməsi xüsusi qəddarlıq müşayət etdirdi. Kommunist diktaturası, Çexoslovakiyaya, Macarıstana və Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zaman ki, Sovet İttifaqında  müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqda çəkinmədi.Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı.Belə bir şəraitdə Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krosnadar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, Sovet hərbi hissələrində xidmət edən erməniləri,hətta erməni kursantları da daxil etmişdir.

Bakıya yeridilmiş qoşun kontingentinə,bəzi məlumata görə,onun sayı 35 min nəfərə çatırdı,- «doyüş tapşırığını» yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər: «Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar» («Şit» təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından).

Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda «rus və erməni kartından» məharətlə istifadə etdi.  Həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri,hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. 1989-cu ilin sonunda Azərbaycanın cənub regionlarında əhali İranla sərhəddə olan qoruyucu barrikadaları dağıdaraq sərhədi kütləvi şəkildə keçirdilər. SSRİ rəhbərliyi İrana gedən azərbaycanlıların Azərbaycana silah daşımasından qorxuya düşərək Bakıda yerləşən hərbçiləri cənub regionlarına göndərmişdilər. Ona görə də 1990-cı ilin yanvarında Bakıda hərbçilərin sayının az olmasından istifadə edən təxribatçılar bir çox iğtişaşlar törədirdilər.

20 yanvar faciesi haqqinda1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRI Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri,20-dən çox qadın, uşaq var idi.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

20 yanvar faciesi haqqindaTanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən,öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

20 yanvardan sonrakı Dəfn mərasimindən sonra 23 yanvarda Azadlıq meydanında mitinq olmuşdur. Mitinqdə Salyan kazarmasında Sovet ordusuna qarşı vuruşan adamların sayı barədə məlumat verilmişdir: 274 azərbaycanlı, 64 gürcü, 52 çeçen, 27 ləzgi, 30 özbək, 5 rus.

Tədbirdə o da qeyd olundu ki, Ümummilli lider 20 Yanvar hadisələri zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi istiqamətində də bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu…

Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına20 yanvar faciesi haqqinda çevrildi…

20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha bir addım metronun «20 Yanvar» stansiyasının üzərindəki dairədə xatirə kompleksinin yaradılması oldu…

Prezident İlham Əliyevin tapşırığı ilə 2009-cu ilin oktyabrında Bakının Yasamal rayonundakı «20 Yanvar» dairəsində memorial abidə kompleksinin inşasına başlanıldı. 2010-cu il yanvarın 20-də isə Kompleksin açılışı oldu. Ümumi sahəsi 1500 kvadratmetr olan Xatirə kompleksinin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunub.

Bu gün xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir… Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq…

Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий