Домой / İKT xəbər / Bakıda 4G şəbəkəsi işə salınır

Bakıda 4G şəbəkəsi işə salınır

Azərbaycanın mobil rabitə operatoru Azercell Telekom MMC Bakıda 4G dördüncü nəsil mobil rabitə şəbəkəsinin (LTE — Long Term Evolution) işə salındığını elan edib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən şirkətin prezidenti Əli Ağan bildirib ki, sözügedən yeni texnologiya dünyada geniş yayılmayıb. Belə ki, 4G hazırda dünyanın 37 ölkəsində, o cümlədən Avropanın 9 ölkəsində tətbiq olunur.Ə.Ağan qeyd edib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 4G texnologiyasının tətbiqi ilə bağı Azercell-ə müvafiq icazə verilib və tezlik ayrılıb. 4G şəbəkəsi 100 Mbit/saniyəyə qədər sürətlə internetə çıxış imkanı təqdim edəcək və 1800 MHz tezlikdə yayımlanacaq.İlkin olaraq 4G Bakının mərkəzi küçələrini əhatə edəcək. Belə ki, bu texnologiyadan Dənizkənarı Milli Park, Crystal Hall, metronun Elmlər Akademiyası stansiyası, Azərbaycan Pedaqoji Universiteti, Natəvan Plaza, Akademik Milli Dram Teatrı, Kempinski Hotel və Nərimanov heykəli ərazilərində istifadə etmək mümkün olacaq. İlin sonuna 4G texnologiyasının əhatə dairəsinin 2 dəfə artacağı gözlənilir.4G texnologiyası vasitəsilə böyük həcmli faylları tez bir zamanda ötürmək, HD TV və internet vasitəsilə videoməzmunu kəsintisiz izləmək mümkün olacaq. 4G standartını dəstəkləyən USB-nin qiyməti 149 manat təşkil edir. Bir aylıq limitsiz internet trafik paketi isə 45 manatdır. İlk ay ödənişsiz olacaq.

Mənbə: www.mincom.gov.az

Оставить комментарий