Домой / İKT xəbər / “Windows 7” əməliyyat sisteminin 600 milyondan çox surəti satılıb

“Windows 7” əməliyyat sisteminin 600 milyondan çox surəti satılıb

“Microsoft” şirkəti “Windows 7” əməliyyat sisteminin (ƏS) 600 milyondan çox lisenziya surətini satıb. Bu barədə “The Verge”  saytı “Microsoft” korporasiyasının vitse-prezidenti Stiv Huqenhaymerə (Steven Guggenheimer) istinadən bildirib.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, “Windows 7” əməliyyat sisteminin final versiyası 2009-cu ilin oktyabrında çıxıb.



“Microsoft” korporasiyasının baş direktoru Stiv Balmer bildirib ki, şirkət 2012-ci ildə “Windows 7” əməliyyat sistemi quraşdırılmış  təxminən 350 milyon qurğu satmağı planlaşdırır.

Mənbə:ictnews.az

Оставить комментарий