Домой / Elektron dərsliklər / Adobe Flash Player proqramı nə üçün istifadə olunur?

Adobe Flash Player proqramı nə üçün istifadə olunur?

Adobe Flash Player proqramı nə üçün  istifadə olunur?

Adobe Flash Player

Fləş nədir? adlanan məqaləm vasitəsi  ilə fləş texnologiyası haqqında ətraflı məlumat aldıq. Öyrəndik ki, bu texnologiyanın köməyi ilə fləş kontentli məlumatlara baxmaq olar. Bu cür məlumatlara baxmaq üçün fləş pleyer proqramından istifadə olunur. Bu gün bu proqram kompüterlərin 98%-də artıq mövcuddur. Məhz bu dərsimiz bu proqramın kompüterə yüklənməsinə həsr olunacaq.

Bir qayda olaraq, bütün fleş-kontent brauzer vasitəsilə təsvir edilir. Ona görə də bu proqram səyyah üzərinə xüsusi plagin (əlavə) şəklində quraşdırılır. Google chrome səyyahı üzərində isə o plagin avtomatik gəlir. Lakin bəzi səyyahlar vardır ki, onlar üçün bu proqramı əlavə yükləmək tələb olunur. Belə səyyahlara nümunə olaraq Mozilla Firefox  səyyahını göstərmək olar. Bu səyyahda fləş pleyer proqramı quraşdırılmadığı üçün fləş kontentli məlumatlara (videolara,  mətnlərə, reklam bannerlərinə və s.) baxdıqda şəkil 2-dəki vəziyyəti görmüş oluruq. Bu o deməkdir ki, səyyahın özü sizi Adobe Flash Player proqramının rəsmi səhifəsinə yönəldir. Pəncərədə göstərilən hiperəlaqə vasitəsilə biz Mozilla Firefox  səyyahı üçün nəzərdə tutulan Flash Player əlavəsini yükləyə bilərik.

Adobe Flash Player proqramı nə üçün  istifadə olunur?

Şəkil 2

Bu barədə bir qədər proqramın yüklənməsi haqqında məlumat vermək istəyirəm.

Belə ki, əvvəlki məqaləmdə qeyd etmişdim ki, fləş texnologiyasının geniş yayılması və bu cür səhvlərlə işləməsi hiper cinayətkarları özünə cəlb edir. Bu səhvlərdən istifadə edən hiper cinayətkarlar bu texnologiyanın səhvinin köməyi ilə öz çirkin niyyətlərini həyata keçirə bilirlər. Bu səhvlər onlara imkan verir ki, digər istifadəçilərin mikrofon və kamerasına nəzarət edə bilsinlər. Amma onu demək lazımdır ki, bu cür halların qarşısı artıq Adobe Flash  Player proqramını istehsal edən şirkət tərəfindən alınır. Vaxtaşırı çıxan proqram üçün nəzərdə tutulan yenilənmələrin köməyi ilə bu səhvlər aradan qaldırılır. Bunu nəzərə alaraq Mozilla Firefox  səyyahı üçün nəzərdə tutulan Flash Player əlavəsini tövsiyyə edərdim ki, yalnız proqramı istehsal edən şirkətin öz rəsmi səhifəsindən yükləyəsiniz. Adobe Flash Player proqramının rəsmi internet səhifəsi aşağıdakı linkdə verilib.

http://get.adobe.com/ru/flashplayer/

Mütəmadi olaraq bu cür yenilənmələri aparmaq vacibdir. Adətən proqramın özü bu barədə sizə xəbərdarlıq söyləyərək müvafiq məlumat verir. Bu cür yenilənmələrlə Adobe şirkəti proqramda tapılan səhvləri və zəifliyi düzəldir. Yenilənmə proqramın düzgün və stabil işləməsini təmin edir. Həmçinin Flash texnologiyasında olan yeni funksiyaları əlavə edir. Odur ki, bu cür yenilənmədən imtana etmək olmaz. Lakin əvvəlki məqaləmdə bildirdiyim kimi yenilənmə heç də köhnə kompüterlər üçün arzu olunan hal deyil. Səbəbi barədə əvvəlki məqaləmdə ətraflı demişəm.

Beləliklə Adobe Flash Player proqramının yüklənməsi və yenilənməsi üçün hökmən kompüterinizə admin hüququ ilə daxil olmalısınız. Yəni əgər sizin kompüteriniz bir neçə əlavə istifadəçiyə bölünübsə, onda bütün istifadəçilərin işini yekunlaşdırıb yalnız admin hüququ verilən istifadəçi kimi kompüterinizə girməlisiniz. Sonra proqramın rəsmi səhifəsindən tələb olunan ardıcıllıqla onu yükləməyə çalışmalısınız. Məlumat üçün bildirim ki, proqramın istər yüklənməsi, istərsə də yenilənməsi üçün hökmən internet açıq olmalıdır. Bu proses online rejimdə gedir. Məsləhətdir ki, hansı səyyah üçün Adobe Flash Player proqramının yüklənməsi və ya yenilənməsini köçürürsünüzsə, onda proses tamamlanana qədər həmin səyyahı bağlayasınız.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий