Домой / İKT xəbər / Hər gün aktivləşdirilən “Android” qurğuların sayı 1 milyonu ötüb

Hər gün aktivləşdirilən “Android” qurğuların sayı 1 milyonu ötüb

Dünyada hər gün “Google” şirkəti tərəfindən hazırlanan “Android” platformasında işləyən 1 milyondan çox qurğu aktivləşdirilir (istifadə edilir): cəmi 2 həftə ərzində bu göstərici təxminən 100 min artıb. Bu barədə şirkətin top-meneceri Hüqo Barra (Hugo Barra) ABŞ-da start götürmüş “Google I/O” konfransında bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Android” platforması ilə işləyən qurğu aktivləşdirmələrinin ümumi sayı 400 milyonu ötür.

Məlumat üçün bildirək ki, analitik şirkətlərin məlumatına görə, “Android” əməliyyat sistemi 60 faiz göstərici ilə smartfon  bazarında liderdir.

Mənbə:İctnews.az

Оставить комментарий