Домой / İKT xəbər / “Apple” yeni «makbuk» təqdim edib

“Apple” yeni «makbuk» təqdim edib

Apple" şirkəti San-Fransisko şəhərində keçirilən "WWDC" konfransında "Retina" displeyə malik nazik "MacBook Pro" noutbuku təqdim edib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, kompyuterin çəkisi 2 kq, qalınlığı isə 1,8 santimetr təşkil edir. Yeni "MacBook Pro" noutbukunda ekranın diaqonalı 15,4 düym, təsvir ölçüsü 2880×1800 pikselə bərabərdir.

Noutbuk "Ivy Bridge" dördnüvəli prosessorları, "GeForce GT 650 M" videokartı ilə təchiz edilib. Kompyuterlərdə 16 qiqabayta qədər  əməli yaddaş və 768 qiqabayta qədər fləş-yaddaş olacaq.

Nazik "makbuk", həmçinin "SD" yaddaş kartı üçün slot və "HDMI", "USB 3.0", "Thunderbolt" və "MagSafe" portları ilə təchiz olunub.

"MacBook Pro" noutbuku avtonom olaraq 7 saat işləyə bilər. Gözləmənin rejimində kompyuter aya qədər ola bilər. ABŞ-da noutbukun qiyməti 2199 dollar təşkil edəcək.

Mənbə:İctnews.az

Оставить комментарий