Домой / Elektron dərsliklər / ASCİİ kodlaşdırma sistemi

ASCİİ kodlaşdırma sistemi

          EHM-lər üçün kod simvollarının standartlaşdırılmasına 1963-cü ildə ASCİİ-nin («aski» kimi tələffüz edilir) birinci versiyası yaradılan dövrdə ilk təşəbbüs edilmişdir. Bu versiyada kod sisteminin çatışmamazlığı çox idi. Buna görə də 1968-ci ildə ASCİİ-nin ikinci versiyası hazırlandı. Standartın tam adı belədir: Ameracan Standart Code for İnformation İnterchange – Daxili informasiya mübadiləsi üçün standart ABŞ kodu. Standart ABŞ Milli Standartlaşdırma İnstitutu (ANSİ- American National Standart İnstitute) tərəfindən işlənmişdir.

ASCİİ-nin birinci 32 kodu (0-dan 31-ə qədər) çap işarələrilə göstərilmir. Bu sahə xüsusi simvollarla yerləşdirmək üçün ayrılmışdır. Belə simvollara aiddir:

-idarəedici kodlar uzaq qurğuları (məs: printer) idarə etmək üçündür).

-formatlaşdırma kodları (məlumatın xüsusi tərtibatı üçüdür).

-ayrıcı kodlar (ötürülən verilənlər naborunu stuuktlaşdırmaq üçündür).

            ASCİİ-dən başqa, SSRİ-də vaxtilə tətbiq  edilən səkkiz dərəcəli (28=255) kodlaşdırma sistemi (256 müxtəlif vəziyəti olan simvola bir bayt artırılır, iki simvollu yazı naboru (məsələn, rus və ingilis həriflərini paralel kodlamaq olar). İngilis dili hissə cədvəlin aşağı hissəsində, yəni 0-dan 127-ə qədər, rusdili hissə cədvəlin yuxarı hissəsində (128-dən 255-ə qədər) kodlanır. İSO-88-59 – slavyan yazı işarələrinin kodlaşdırılması üçündür, xüsusilə İBM PC-larda az istifadə edilir;
 
      Windows-1251 – Microsoft firması tərəfindən  işlənmiş korporativ standartdır, sənədlərlə işin avatomatlaşdırılması üçündür, əksər İBM PC platformalarında tətbiq edilmişdir —  Word, Excel, Access kimi proqramlarda daha geniş istifadə olunur; KOİ-8R-1974-cü ildə SSRİ Dövlət Standartlaşdırma Komitəsi tərəfindən təsdiq edilmişdir, UNİX əməliyyat sisteminin idarəsi altında işləyən şəbəkə EHM-lərində istifadə edilir.
 
Mənbə:İnformatika dərsliyi

Оставить комментарий