Домой / Elektron dərsliklər / ATANASOVUN KOMPÜTERİ

ATANASOVUN KOMPÜTERİ

 

Uzun illər ayrı-ayrı elektron hesablama maşınları ilk rəqəmli elektron kompüter sayılsalar da əslində, onların heç biri birinci olmayıb.İlk elektron kompüteri Con V. Atanasov ixtira etmişdir.Bir qədər gec də olsa,elm tarixi Con V. Atanasovu yada saldı. Təqaüddə olan çoxdan unudulmuş 84 yaşlı bu fizika professoru 50 il əvvəl ilk rəqəmli kompüter ixtira etdiyinə görə hesablama texnikası üzrə mütəxəssislər tərəfindən, axır ki, layiqli qiymətini aldı.Son vaxtlara qədər hesablama texnikası tarixinə aid bütün mənbələrdə onun xidməti başqalarının adına çıxarılırdı.Bu əsərlərdə deyilir ki, müasir kompüter 1930-40-cı illərdə bir-birini tamamlayan əl hesablama işlərini avtomatlaşdırma məqsədilə yaradılmış maşınlardan başlanır.Məsələn, 1932-ci ildə Massaçusets Texnalogiya İnstitutunda işləyən Vannevar Buş diferensial analizator adlanan və fırlanan dişli çarxlar və oxlar vasitəsilə hesablama qabiliyyətinə malik mexaniki kompüter yaratmışdır.1930-cu illərin sonunda Almaniyada Konrad Zuze, “Bell Telephone Laboratories” şirkətində Con R. Stibis və Harvard universitetində Hovard Eyken (IBM korporasiyası ilə əməkdaşlıq çərçivəsində) bir-birindən asılı olmayaraq “elektromexaniki kompüterlər” hazırlamışlar.Bu maşınlarda elektriklə idarə olunan qurğular-relelər (bu barədə bir qədər əvvəl danışılıb)ədədləri əvəz edirdi.Relelər “işləyən” və “işləməyən” vəziyyətdə 0 və 1 rəqəmlərinə uyğun gəlirdi.Ədədləri 0-dan 9-a qədər rəqəmlərlə idarə olunan onluq say sistemindən fərqli olaraq, ikilik say sistemində bütün ədədlər ikirəqəmli 0 və 1-in müxtəlif kombinasiyası ilə idarə olunur.
Hesablama maşınlarından bəhs edən əsərlərdə deyilir ki, birinci elektron kompüterlər XX əsrin 40-cı illərinin sonlarında ixtira olunmuşdur.Mexaniki kompüterlərdən fərqli olaraq, elektron kompüterlər elektron lampalar, tranzistorlar isə inteqral mikrosxemlər əsasında yığılır. “ Koloss” adlanan ilk belə maşını, ümumi rəyə görə, Bletclidə (İngiltərə Tədqiqat Mərkəzi) çalışan əməkdaşlarla birlikdə riyaziyyatçıAlan M. Türinq, X.A.Nümen quraşdırmışdır.1943-cü ildə işləməyə başlamış bu maşın alman məxfi kodlarını aydınlaşmağa kömək etmiş və beləliklə, İkinci Dünya müharibəsinin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir.Con U. Moçli, C. Presper Ekket və Pensilvaniya universitetinin bir neçə əməkdaşı tərəfindən yaradılmış ikinci maşın “Elektron rəqəmli kompüter” və ya qısa şəkildə “ENIAC” adlandırıldı.O,1945-ci ildə işləməyə başladı.Ancaq əslində isə hələ 1937 və 1942 ci illərdə, başqa sözlə,adları çəkilən maşınlar yaradılmazdan əvvəl Con V. Atanasov nisbətən böyük olmayan iki elektron kompüter yaratmışdı.Onlardan birincisi Atanasov və ya qısaca olaraq “ABC” “Berri” adını almış daha güclü ikinci kompüteürin əsası oldu.Berri (tam adı Klifforey E.Berridir) Atanasovun aspirantı və yaxın köməkçisi olmuş,1939-cu ildən 1942-ci ilə kimi onunla işləmişdir.Atanasovun xidmətlərinin tanınması elmi-tədqiqatın nəticəsi deyil.Bu, 1967-ci ildə “Sperry Rand” korpoasiyası ilə “Honeywell, Inc” ,şirkəti arasında gedən məhkəmə prosesinin nəticəsidir.C. Atanasovun və K. Berrinin EHM-nin elektron yaddaşı, toplayan və çıxan elektron qurğusu, başqa bir sıra mexaniki hissələri vardı.Keçən əsrin 40-ci illərinin axırına qədər bir sıra daha güclü və kamil maşınlar yarandı.1946-cı ildə onların müəllifləri C. Fon Neymanın, G. Qoldsteynin və A. Berksin məqaləsində universal EHM-in qurulmasının əsas prinsipləri verilmişdir. Bu prinsipləri reallaşdıran ilk EHM-“EDSAC” -1949-cu ildə İngiltərədə M.V.Uilksin rəhbərliyi ilə Kembric universitetində (burada vaxtilə Bebbic oxumuşdu) yaradılmışdı.Bir il sonra ABŞ-da universal “EDVAC” EHM-i qurulub istifadəyə verilib.
XX əsrin 50 illərinin ortalarında hesablama texnikasının sürətli inkişafı başladı. EHM-lərin çox saylı modelləri meydana gəldi. Onları demək olar ki, bütün inkişaf etmiş ölkələrdə istehsal etməyə başladılar.1980-ci illərin əvvəllərində ilk fərdi kompüter meydana gəldi. Ölçüləri onları stolun üstünə qoymağa imkan verirdi.Əvvəllər onları ciddi qəbul etmirdilər.Mütəxəsislərin çoxuna elə gəlirdi ki, kompüterlər oyuncaqdır və onların gələcəyi yoxdur. Ancaq texnalogiyanın inkişafı ona gətirib çıxardı ki,fərdi kompüterlər üstünlük təşkil etməyə başladı. İndi dünyada yüz minlərlə fərdi kompüter işləyir. Müasir müəsissələri kompütersiz təsəvvür etmək mümkün deyil. Əksəriyyət, xüsusən də gənclər bu maşınla işləməyi bacarır. Bu gün mühəndislər,demək olar ki, özündə yüz və min fərdi EHM-I birləşdirən super EHM-lər də yaratmağı öyrənmişlər.


Mənbə:Uşaq ensiklopediyası

Оставить комментарий