Домой / Word 2003 / Avtomətnin yaradılması

Avtomətnin yaradılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr olunmuş növbəti videodərslikdə salamlayıram.Bu günki dərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında avtomətnin yaradılması olacaq.Avtomətn daxil etdiyimiz tez-tez təkrar edilməsi vacib olan verilənləri məsələn, idarə və təşkilatların adlarını,ad və soyadları və s. bu kimi verilənləri elə yadda saxlayır ki, həmin verilənləri asanlıqla təkrar etmək olsun. Avtomətn kimi daxil ediləcək söz və ya mətni daxil edin. Məsələn Kompüter Təhsil Mərkəzi daxil etdiyimiz bu sözü qeyd edin.İndi isə klaviaturada ALT düyməsi sıxılı vəziyyətdə F3 düyməsini vurun. Beləliklə ekranda avtomətnin yaradılması üçün xüsusi pəncərə açılacaq. Bu pəncərənin adı Создание елемента автотекста adlanacaq. Həmin pəncərənin Имя елемента автотекста sahəsində yəni, avtomətnin adı sahəsinə yaradılcaq avtomətnin elementi üçün yeni ad daxil edin. Məsələn: KTM. Təsdiq üçün OK vurun. Biz avtomətni yaratmış olduq. İndi isə yenicə daxil edilmiş avtomətnin elementini yoxlayaq. Bunun üçün klaviaturada KTM sözlərini yazın və F3 düyməsini sıxın. Beləliklə daxil etdiyimiz avtomətn sənədə yerləşdi. Avtomətnin yaraılmasının digər üsulu menyu variantıdır. Məsələn: istifadə etdiyimiz hər hansısa bir müəssisə adını sənədə daxil edin. Məsələn, Azərbaycan Respublikası Təhsil Nazirliyi. Avtomətn kimi yaradılacaq mətni qeyd edin. Sonra Вставка(Insert) menyusuna daxil olun. Автотекста sətrini seçin, daha sonra Создать sətrini seçin. Qarşımıza eyni adlı pəncərə çıxacaq. Имя елемента автотекста adlanan sahədə müvafiq mətni onların baş hərfləri ilə əvəz edək. Məsələn:ARTN və OK vurun. Bunu əyani tətbiq edək. Bunun üçün daxil etdiyimiz avtomətnin elementlətini daxil edək. Beləliklə qarşımıza xüsusi bir mesaj çıxacaq. Həmin mesajda ENTER düyməsinin sıxılmasını təklif edir. Bunu üçün klaviaturada ENTER düyməsini sıxın. Gördüyümüz kimi avtomətn kimi istifadə etdiyimiz söz və ya söz birləşməsi sənədə yerləşdi.Daha ətraflı aşağıdakı videodərsdə.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

 

Один комментарий

  1. Mövzunuza qulaq asdım.çox xoşuma gəldi

Оставить комментарий