Домой / İKT xəbər / Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 800 mini ötüb

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 800 mini ötüb

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 823600 nəfərə çatıb. "Facebakers"in iyunun 25-nə olan vəziyyət üzrə hesabatında göstərilir ki, yanvarın 25-dən iyunun 25-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb.

Azərbaycanın "Facebook" seqmenti daxil olma reytinqində 85-ci yerdədir ki, bu da yanvar ayı ilə müqayisədə 2 bənd aşağıdır.

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 9,92 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin faizi Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 22,33 faizini təşkil edir.

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir.

Say baxımından ilk yeri 18-24 yaşlı (48 faiz), ikinci yeri 25-34 yaşlı (22 faiz), üçüncü yeri isə 16-17 yaşlı (12 faiz) istifadəçilər tutur.

13-15 yaşlı istifadəçilərin sayı isə 7 faiz təşkil edir. 6 faiz 35-44 yaşlı, 2 faiz 45-54 yaşlı istifadəçilərin payına düşür. 55-64 və 65 yaşlı istifadəçilərin hər birinin payına 1 faiz düşür.

"Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan MDB-nin Gürcüstan (812 620 istifadəçi), Qazaxıstan (440 840), Belarus (389 680), Ermənistan (304 880), Moldova (247 200), Özbəkistan (133 440), Qırğızıstan (77 760), Tacikistan (34 380) və Türkmənistan (7960) kimi ölkələrini qabaqlayır.

"Facebakers"in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir.

"Facebook" istifadəçilərinin ümumi sayı 867 milyon nəfərdən çoxdur.

Qeyd edək ki, "Facebook" şəbəkəsi 2004-cü il fevralın 4-də işə başlayıb. Hazırda onun xidmətləri 60 dildə, o cümlədən Azərbaycan dilində göstərilir.

Mənbə:İctnews.az

Оставить комментарий