Домой / İKT xəbər / Azərbaycanda “Facebook”dan əhalinin 9.91 faizi istifadə edir

Azərbaycanda “Facebook”dan əhalinin 9.91 faizi istifadə edir

Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 820 mini ötüb. Müqayisə üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində bu göstərici 780,340 idi.

“ICTnews.az” elektron xəbər xidməti “http://www.socialbakers.com/” saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 257 min və ya 45.62 faiz artıb. Son ay ərzində isə artım 42.260 və ya 5.4 faiz təşkil edib. Son həftə ərzində Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 460 min və ya 0.06 faiz azalıb.

Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə tərtib edilmiş reytinqdə artıq 85-ci yerdə qərarlaşıb. Müqayisə üçün: iyunda 86-cı, mayda 87-ci, yanvarda isə 91-ci mövqedə yer almışdı.

Azərbaycan reytinqdə Gürcüstan (86), Estoniya (102), Qazaxıstan (104), Belorus (109), Latviya (110), Ermənistan (113), Moldova (116), Özbəkistan (137), Qırğızıstan (155), Tacikistan (170) kimi ölkələri qabaqlayıb.

Azərbaycanda “Facebook”dan əhalinin 9.91 faizi və ölkənin ümumi internet istifadəçilərinin 22.3 faizi istifadə edir.

Azərbaycanda “Facebook” istifadəçilərinin 48 faizi 18-24, 22 faizi  25-34, 12 faizi 16-17, 7 faizi — 13-15, 6 faizi 35-44, 2 faizi 45-54 yaş aralığındadır.

Mənbə:“ICTnews.az”

Оставить комментарий