Домой / Windows XP / Başla menyusu və ona aid elementlərin izahı

Başla menyusu və ona aid elementlərin izahı

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Başla menyusu və ona aid elementlərin izahı olacaq. Bildiyimiz kimi Пуск (Başla) menyusu iş masasında yeganə idarəedici menyu və düymə sayılır. Пуск (Başla) menyusuna müraciət üçün siçanın sol düyməsi bir dəfə üzərində vurulur.Başla menyusu və ona aid elementlərin izahıBaşla menyusu aşağıdakı əmrlərdən və sətirlərdən təşkil olunub. Программы (Proqramlar) adlanan menyu vasitəsilə kompüterimizə yüklənən proqramların siyahısına tam şəkildə buradan baxa və eləcədə ona müraciət edə bilərik.Başla menyusu və ona aid elementlərin izahı Документы (Sənədlər-Documents) sonuncu dəfə müraciət olunan 15-20 faylın siyahısını istifadəçiyə təklif edir. Başqa sözlə desək sənədə müraciəti təmin edir.Başla menyusu və ona aid elementlərin izahı Настройка (Ayarlar-Settings) bölməyə toplanan proqramların köməyi ilə əməliyyat sisteminin bir sıra parametrlərini tənzimləmək olar. Bu barədə ətraflı digər video dərslərimizdə məlumat veriləcəkdir.Başla menyusu və ona aid elementlərin izahı Найти (Axtarış-Find) funksiyasının köməyi ilə kompüterimizdə və lokal şəbəkədə fayl və qovluqların axtarışı üçün nəzərdə tutulmuşdur. Bu barədə ətraflı digər video dərslərimizdə tanış ola bilərsiniz.Başla menyusu və ona aid elementlərin izahı Справка и поддержка (Arayış və Dəstək-Help) sətrin köməyi ilə əməliyyat sisteminin elektron məlumat kitabçasına müraciəti təmin edir. Bir sıra məsələlərin həllində bir məsləhətçi kimi bu bölmənin faydası olduqca böyükdür. Xüsusən yeni başlayan istifadəçilərin əməliyyat sistemi ilə bağlı qarşısına çıxdığı bir sıra problemlərin həlli qaydası burada ətraflı verilmişdir. Bu komandaya müraciət üçün klaviaturada F1 düyməsinin sıxılması kifayət edir.Başla menyusu və ona aid elementlərin izahı Выполнить (İcra et-Run) əmrinin köməyi ilə müxtəlif əmrləri yazmaqla kompüterin bir sıra ünvanlarına keçidi təmin etmək olar. Bu əmrin icrası zamanı yeni pəncərə meydana gəlir. Pəncərənin Открыть sahəsinə əmri yazıb Enter düyməsini sıxmaqla əməliyyatı icra etmək olar.Başla menyusu və ona aid elementlərin izahı Завершение сеанса əmri vasitəsilə cari istifadəçinin işinin sonlandırılması eləcədə bir istifadəçidən digərinə keçidi təmin edir.Başla menyusu və ona aid elementlərin izahıƏgər bizim kompüterimiz bir neçə istifadəçiyə bölünübsə, onda bu əmrin icrası zamanı Смена пользователя düyməsinin sıxılması zamanı cari anda aktiv olan seans bağlanılır. Digər istifadəçiyə keçid təmin olunur. Cari istifadəçinin işinin sonlandırılması üçün elə həmin pəncərədə Выход düyməsinin vurulması lazımdır.Başla menyusu və ona aid elementlərin izahı Выключить компьютер-(Turn Off-Söndürmək) bu əmrin icrası zamanı istifadəçiyə kompüterin işinin sonlandırılması üçün müxtəlif variantlar təklif olunur.Başla menyusu və ona aid elementlərin izahı Bunları bir-bir araşdıraq. Выключение düyməsinin köməyi ilə kompüterin işi sonlandırılır. Başqa sözlə desək kompüteri söndürmək üçün nəzərdə tutulmuşdur.Başla menyusu və ona aid elementlərin izahıПерезагрузка düyməsi ilə kompüterin yenidən yüklənməsini təmin etmək olar.Başla menyusu və ona aid elementlərin izahıƏgər Перезагрузка düyməsi sıxılan zaman hər hansı bir proqram pəncərəsi və ya faylın pəncərəsi açıq olarsa, onda avtomatik olaraq həmin pəncərələr bağlanılır.

Başla menyusu və ona aid elementlərin izahı

Ждущий режим(Gözləmə rejimi) bu düymənin köməyi ilə kompüter sönmür. Sadəcə gözləmə rejiminə keçir.Başla menyusu və ona aid elementlərin izahıAdətən bu rejim kompüterin elektrik enerjisinə qənaət üçün hesablanılıb. Əgər kompüterimizdə bir neçə dəqiqə ərzində heç bir iş görülməzsə, onda bu rejimə keçid avtomatik olaraq təmin olunur.
Beləliklə biz Windows XP əməliyyat sistemində Başla menysu və ona aid elementlərin izahı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий