Домой / Microsoft Access / Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması

Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması

Bazanin sixlasdirilmasiƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Bazanın sıxlaşdırılması, surətinin çıxarılması və ondan istifadənin məhdudlaşdırılması adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.
Verilənlər bazasının lazımi qaydada saxlanılması üçün bir sıra xidməti əməliyyatların yerinə yetirilməsi labütdur.
Bazanın ehtiyat surətinin çıxarılmasını Windows -un standart əməliyyatları vasitəsilə yerinə yetirmək olar.
Cədvəllərlə işlədikdə və bazaya yeni-yeni obyektlər əlavə etdikdə bazanın ölçüsü getdikcə artır. İnformasiyanın bir hissəsi ləğv edildikdə o fayldan tamamilə silinmir. Nəticədə baza sərt diskdə həddindən artıq çox yer tutur. Bazanı sıxmaq üçün Xidmət-Xidməti proqramlarà Verilənlər bazasını sıxlaşdırmaq və bərpa etmək (Tools-Database Bazanin sixlasdirilmasiUtilitiesà Compact And Repare Database) əmrini seçin. Bazanın əvvəlki və indiki ölçülərini müqayisə edin. Elektrik enerjisinin qəfil kəsilməsi nəticəsində zədələnmiş bazanın bərpası üçün yenə də bu əmrdən istifadə edilir.
Bazada məxfi məlumat saxlandığı halda Access-in imkanlarından istifadə edərək bazadan istifadəni məhdudlaşdırmaq olar.
Bazanı bağlayın.
Alətlər lövhəsinin Açmaq (Open) düyməsini sıxın. Açılan pəncərədə firststeps seçin. Açmaq(Open) açılan siyahısından (Open Exclusive) bəndini seçin. Bazanın bu rejimdə açılması ondan eyni zamanda başqa Bazanin sixlasdirilmasiistifadəçinin lokal şəbəkə vasitəsilə istifadə etməsinə imkan vermir.
Verilənlər bazasının açılmasına şifrə (parol) təyin etmək üçün Xidmətà Mühafizəà Şifrənin təyin edilməsi (Tools- Security- SetDatabase Password) əmrini seçin. Açılmış pəncərənin Şifrə (Parol) (Password) sahəsində şifrəni yazın. İkinci sətirdə parolu təsdiqləyin. OK düyməsini sıxın. Bundan sonra bazanı açmaq üçün şifrəni yazmaq lazım gələcək.
Şifrəni ləğv etmək üçün baza (Open Exclusive) rejimində açılmalıdır. Xidmət- Mühafizə- Şifrənin ləğv edilməsi (Tools- Security-UnsetDatabase Password) əmrini seçin. Əvvəlki şifrəni yazıb OK düyməsini sıxın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий