Домой / İKT xəbər / “Windows 8” və “Windows Server 8” əməliyyat sistemlərinin son beta-versiyası çıxıb

“Windows 8” və “Windows Server 8” əməliyyat sistemlərinin son beta-versiyası çıxıb

“Microsoft” şirkəti “Windows 8” və “Windows Server 8” əməliyyat sistemlərinin yeni beta-versiyasını çıxarıb. Bu barədə şirkətin nümayəndələri rəsmi saytda bildiriblər.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, “Windows 8” əməliyyat sisteminin yeni beta-versiyası “Release Preview” statusu, “Windows Server 8” isə “Release Candidate” statusu əldə edib. Bu isə o deməkdir ki, bundan sonra əməliyyat sisteminin yalnız final versiyası təqdim ediləcək. “Windows 8” əməliyyat sisteminin 2012-ci ilin sonuna kimi təqdim ediləcəyi gözlənilir.

“Windows 8” əməliyyat sistemində edilmiş yeniliklər əsasən poçt müştərisi, ünvan kitabçası, fotoalbom meneceri proqramları ilə bağlıdır. Yeni əməliyyat sistemi üçün “Windows Store” adlı tətbiqlər mağazasında, həmçinin xeyli dəyişikliklər edilib.

“Windows Server 8” əməliyyat sistemində əsas dəyişiklik “Başla” düyməsindən imtina edilməsidir.

“Windows 8” – “Microsoft” korporasiyasının sensor ekranla təchiz edilmiş planşet və digər kompyuterlər üçün optimallaşdırılmış ilk  əməliyyat sistemidir.

Mənbə:ictnews.az

Оставить комментарий