Домой / İKT xəbər / Jennifer Lopez, Rianna və Şakiranın Bakı konsertlərinin biletlərinin onlayn satışına başlanılıb

Jennifer Lopez, Rianna və Şakiranın Bakı konsertlərinin biletlərinin onlayn satışına başlanılıb

Dünya pop-musiqisinin üç ulduzunun Bakı konsertlərinə biletləri internetdə satışa buraxılıb.Bakıda "Crystal Hall"da solo-konsertləri təşkil olunacaq dünya şöhrətli müğənnilər Jennifer Lopez, Rianna və Şakiranın biletlərinin satışına start verilib.

Təşkilatçı şirkətin yaydığı məlumata görə, biletləri "www.omnikomo.com " saytından əldə etmək olar. İyunun 25-dən satışına başlanan biletlərin qiyməti 35-230 avro arasındadır.Yerindən asılı olaraq biletlərin qiyməti — 230, 155, 125, 80, 35 avro arasında dəyişir.

Xatırladaq ki, dünya şöhrətli ulduzlar Jennifer Lopez sentyabrın 23-də, Rianna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də "Crystal Hall" konsert zalında çıxış edəcəklər.

Konsertlərin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətidir.

Mənbə:İctnews.az

Оставить комментарий