Домой / Xəbərlər / 8 saylı Bakı Peşə Liseyində Bilik günü qeyd edildi.

8 saylı Bakı Peşə Liseyində Bilik günü qeyd edildi.

Bu gün ölkəmizdə yeni dərs ilinin başlanması böyük təntənə ilə qeyd edildi. Həmçinin respublikamızda  fəaliyyət göstərən bütün peşə liseylərində olduğu kimi Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən Ruslan Quliyev adına 8 saylı Bakı Peşə Liseyində "Bilik" bayramı yüksək səviyyədə təşkil olundu. Təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının Qızıldaş Qəsəbə üzrə Nümayəndəsinin müavini Məmmədov Məhəmməd müəllim başda olmaqla həmin liseyin  məsul işçiləri, digər müəssisələrin nümayəndələri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra 8 saylı Bakı Peşə Liseyinin  direktoru Aydın Quliyev gələn qonaqları, müəllim-pedaqoji heyəti və şagirdləri salamladı, onları bayram münasibətilə təbrik edərək 2011-2012-ci il tədris ilində təhsil ocağının qazandığı uğurlardan danışdı. Qeyd etdi ki, hal-hazırda liseyimiz respublikamızın təhsil ocaqları arasında buraxılış imtahanlarının nəticələrinə görə üçüncü yerdədir və eləcədə bir sıra  müsabiqələrdə liseyimizin şagirdləri iştirak etmiş və qalib olmuşdur. 

Aydın Quliyev rəhbərlik etdiyi kollektivin  son illərdə əldə etdiyi uğurlardan danışmaqla Ulu Öndərimiz Heydər Əliyev tərəfindən müəllim adının nə qədər şərəfli və uca tutulduğunu qeyd etdi, liseyimizə yeni qəbul olan şagirdlərə təhsil illərində müvəffəqiyyətlər arzuladı.

Lisey rəhbərinin çıxışından sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Qızıldaş Qəsəbə üzrə Nümayəndəsinin müavini Məmmədov Məhəmməd müəllim ilk növbdə müəllim-pedaqoji kollektivi və şagirdləri salamladı,15 sentyabr Bilik Günü və yeni tədris ilinin başlanması münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və Qızıldaş Qəsəbə Nümayəndəliyi adından səmimi təbriklərini çatdırdı.Belə bir liseydə oxumaq böyük bir şərəfdir.Liseyin gözəl kollektivi var.Sizin oxumağın üçün kollektiv öz daxili imkanları hesabına liseyi təmir etdirib və təhsil almağınız üçün bütün şərait yaradılıb.Bir daha müəllim və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edirəm.

Daha sonra tədbirdə iştirak edən müəllim pedaqoji kollektivin hər biri Bilik Günü münasibəti şagirdləri və onların valideynlərini bu gün münasibəti ilə səmimi qəlbdən təbrik etdilər.Onlara gələcək işlərində və təhsil illərində müfəvvəqiyyətlər arzuladılar.

   Müstəqil dövlətimizin, xalqımızın həyatında ən əlamətdar və şərəfli hadisə olan yeni dərs ili başlandı. Təhsil cəmiyyətin inkişafını şərtləndirən ən başlıca amilllərdən biridir. Ona görə də hər bir dövlət, hər bir xalq, ilk növbədə, öz inkişaf strategiyasında təhsili önə çəkməklə cəmiyyətin gələcək inkişafı üçün əsas yaradır.

Hər bir müəllim öz ömür payının böyük bir hissəsini şagirdləri arasında bölüşdürür. Onun ömrü ağ işığa bürünmüş bir nur çeşməsidir. Bu ağ işıqdan müəllim hər şagirdinə bir zərrə hədiyyə edir. Zaman keçdikcə şagirdlərə verilən bu zərrələr böyüyür və gur işığa çevrilir.
Müəllim o vaxt özünü xoşbəxt hiss edir ki, yetirmələrini yüksək göstəricilərlə ali məktəblərə qəbul olunan, ən mötəbər xitabət kürsülərində çıxış edən, idman yarışlarında dövlət bayrağını yüksəklərə qaldıran görür.

Öz zəhmətinin bəhrəsini görmək hər bir müəllim üçün ən dəyərli mükafatdır.
Saysız – hesabsız yollar arasında müəllimin getdiyi bir yol var. Bu yolla gedən müəllimin arxasınca ağ bir zolaq qalır: ömrünün sonuna qədər uzanan, silinməyən, yox olmayan, ona hörmət- etiram gətirən bir zolaq. Bu, təbaşirin havaya qalxan tozudur.

Əziz müəllimlər və şagirdlər! Hər birinizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edir və müvəffəqiyyətlər arzulayıram.

 

Müəllif:Şaiq Qədirov

Оставить комментарий