Домой / Pul qazanmaq / Pulsuz Bitcoin necə qazanmaq olar?

Pulsuz Bitcoin necə qazanmaq olar?

Bitcoin qazanmaqSalam əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri.Xoş gördük sizləri.Növbəti videodərsliyimdə,yəni internetdə pul qazanmaq metodlarına həsr olunmuş videodərsliyimdə sizləri salamlayıram.Bu pulsuz bitcoin qazanmaq üçün nəzərdə tutulmuş azərbaycan dilində olan videodərslikdir.

Əgər siz  bu videodərsliyi yeni izləyirsinizsə onda tövsiyyə edərdim ki,bu Bitcoin qazanmaqsaytdan qeydiyyatdan keçməmişdən qabaq mənim qələmə aldığım Bitcoin nədir?Bitcoin hesabı necə yaradılır? videodərsliyimə baxasınız.Yəni təqdim edəcəyim və bitcoin qazanacağımız saytda işləmək üçün ilk növbədə bizə bitcoin hesabı lazım olacaq.Həm də bu saytda qeydiyyatdan keçmək üçün aktiv e-mail adresi lazımdır.Bu barədə mən videodərslikdə ətraflı qeyd etmişəm.Saytın iş prinsipi olduqca sadədər.Yəni şəkildəki kodu daxil etməklə sayt bizə 225BTC ayırır.Saatda bir dəfə bu kod dəyişilir.Beləliklə bir neçə saat ərzində sən passiv gəlir əldə edə bilirsən.Bu saytın iş prinsipi digər saytlardan onunla fərqlənir ki,burada reklama baxmaq,məktub oxumaq,tapşırıq yerinə yetirmək,nə bilim sosial şəbəkələrdə kimisə layk etmək kimi tapşırıqlar verilmir.Burada sadəcə kapçi daxil edirsən və vaxtın bitməsini gözləyirsən.Bu vaxt ərzində isə sən internetdə öz işinlə məşğul olursan.Onu da qeyd edim ki,bu saytda qeydiyyat üçün heç bir pul tələb olunmur.Toplanmış BTC-lər isə həftədə bir dəfə sizin bitcoin hesabınıza köçürülür.

Başqa bir üstün cəhəti sistemdə referalla iş üçün bölmənin olmasıdır.Burada təkcə referal linkini deyil, həmçinin öz saytınız varsa,onda digər kodlarıda əldə etmək imkanı var.Referalla iş prinsipi belə qurulub.Sizin cəlb etdiyiniz referala görə sayt əlavə 50% bitcoini bonus olaraq verilir.Bu referalın hesabına deyil,saytın öz hesabına ödənilir.Sual oluna bilər ki,əgər mən sistemə referal cəlb etməsən,onda mənim qazancım olacaqmı?Əlbəttə olacaq.Bundan tam arxayın olun.Amma hədəf götürdüyün 1BTC üçün sən gündəlik və bəzən aylarla işləməli olacaqsan.Lakin 1BTC sizə kiçik rəqəm kimi görsənməsin.Bu gün ki,statistikaya görə 1BTC=$700 dollara bərabərdir.Bu statistika durmadan dəyişir.Deməli daha çox gəlir əldə etmək sənin internetdəki birbaşa fəaliyyətindən çox aslıdır.Öz referal linkini sosial şəbəkələrdə reklam etmək,bu barədə təlimat hazırlamaq,məqalə yazmaq,müxtəlif saytalarda pullu reklamlar yerləşdirməklə daha çox qazanmaq imkanı əldə edə bilərsən.

Bu gün saytda minlərlə insan bitcoin toplamaqla pul qazanır.Niyə siz onlardan biri olmayasınız?Təbii ki,bu barədə düşünməyə dəyər.Amma unutmayın siz düşündükcə artıq kimsə qazanır. Daha ətraflı aşağıdakı videodərsliyimdə….

Pulsuz Bitcoin necə qazanmaq olar?

P.S. Əgər bu barədə siz daha geniş məlumata maliksinizsə və ya bitcoin qazanmaq üçün başqa real metodlar bilirsiniz onda xahiş olunur saytın əlaqə bölümü ilə mənimlə bölüşəsiniz.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий