Домой / Word 2010 / Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi

Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi

Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi,boyudulmus herf

Böyüdülmüş hərf

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Microsoft Word 2010 proqramına həsr olunmuş növbəti iyirmi yeddinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki dərsimizin mövzusu Word 2010 proqramında böyüdülmüş hərfin sənədə yerləşdirilməsi olacaq. Əvvəlcə qeyd etmək istəyirəm ki, böyüdülmüş hərf (Буквица)  mövzusuna  Word 2003 proqramına həsr olunmuş video dərsliklərdə toxunmuşdum. Buna görə də Word 2010 proqramına həsr olunmuş video dərsliklər qələmə alarkən düşündüm ki, hər bir istifadəçi mətn yığarkən bu mövzu ilə günün birində qarşılaşa bilər. Bu mövzunun əhəmiyyəti ondan ibarətdir ki, hər hansı bir mətni böyük, qəşəng formalı hərflə başlamaq istəyirsinizsə, onda böyüdülmüş hərf (Буквица) funksiyası sizin köməyinizə çatacaq.

Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi

Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi,boyudulmus herf

Parametri dəyişmək

Bu funksiyanın rusca adı Буквица, ingiliscə isə Drop Cap-dir. Bildiyimiz kimi, böyüdülmüş hərf (Буквица) əmri Word 2003 proqramında

Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi,boyudulmus herf

Nümünəni seçmək

Формат menyusunda mövcud idisə, Word 2010 proqramında isə böyüdülmüş hərf (Буквица) funksiyası Вставка lenti üzərinə bərkidilib. Böyüdülmüş hərf (Буквица) funksiyasının mətnə tətbiqi üçün aşağıdakı əməliyyat ardıcıllıqları yerinə yetirilməlidir. Bunun üçün ilk növbədə kursoru böyütmək istədiyimiz sözün qarşısına qoymaq lazımdır. Sonra isə Вставка lenti üzərində mövcud olan Текст əmrlər blokundakı Буквица düyməsi sıxılmalıdır. Gördüyümüz kimi bu düymə sıxıldıqda menyu açılır. Həmin menyuda böyüdülmüş hərfin sənəddə yerləşə biləcəyi mövqelərinin miniatür təsvirləri verilir. Təklif olunan variantlardan istənilən birini seçməklə əməliyyatı tamamlamaq olar. Video dərslikdə göstərildiyi kimi biz nümunə olaraq birinci miniatür təsviri seçirik. Beləliklə, böyüdülmüş hərf funksiyası tətbiq olundu. Bu funksiyanın parametrlərini hər bir istifadəçi öz zövqünə görə dəyişə bilər. Belə ki, Вставка lenti üzərində mövcud olan Текст əmrlər blokundakı Буквица düyməsini sıxdıqda menyu yaranır ki, həmin menyunun aşağı hissəsində Böyüdülmüş hərfin sənədə yerləşdirilməsi,boyudulmus herfBöyüdülmüş hərfin sənədə yerləşdirilməsi,boyudulmus herfПараметры Буквица əmrini görürsünüz. Bu əmrin seçilməsi ilə Буквица dialoq pəncərəsi açılır. Mövqe – Position-Положения bölməsində böyüdülmüş hərfin yerləşdiriləcəyi yeri göstərin. Şrift Font-Шрифт sahəsində şrifti seçin. Neçə sətir hündürlüyündə Lines to Drop-Высота в строках  sahəsində hərfin neçə sətir hündürlüyündə olacağını müəyyən edin. Mətnə qədər məsafə Distance from text-Расстояния от Текста sahəsində böyüdülmüş hərf ilə onun yanında yerləşən sətirlər arasında məsafəni göstərin. OK-i basın və abzasın 1-ci hərfinin necə böyüdülmüş hərfə çevrildiyinə fikir verin. Beləliklə, böyüdülmüş hərfin sənədə yerləşdilirməsi ona gözəllik verir.Sonda bir müəllif kimi qeyd etmək  istəyirəm ki, bu video dərsliyim Microsoft Office Word 2010 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий