Домой / Elektron dərsliklər / Ölümün göy ekranının yaranma səbəbləri

Ölümün göy ekranının yaranma səbəbləri

Gəlin əvvəlcə bu cür sistem səhvinin (bsod) yaranma səbəblərini sadalayaq.Şərti olaraq səbəbləri iki qrupa bölək.Birinci qrup səbəbə proqram təminatının yüklənməsi ilə bağlı problemlər, ikinci qrup səbəbə isə avadanlıq nasazlığı   və komputerinizdə olan proqram uyqunsuzluğu ola bilər.

Qrup A:

  • Yeni avadanlığın quraşdırılması(əməli yaddaş,videoadater,sərt disk)
  • Windows əməliyyat sisteminin yenilənməsi zamanı
  • Drayverlərin yenilənməsi zamanı

Qrup B:

  • Sərt diskin,əməli yaddaşın,videoadapterin,qida blokunun sıradan çıxması zamanı
  • Kompüter avadanlığının bir-biri ilə toxunması zamanı (çox vaxt sərt diskin kabeli prosessorun kullerinə düşdüyü zaman )
  • Prosessorun qızması zamanı
  • Drayverin düzgün quraşdırılmaması zamanı
  • Drayverlərin konflkti zamanı
  • Sərt diskdə boş yerin olmadıgı zaman
  • Biosun düzgün sazlanmadıgı zamanı
  • Prosessorun və əmli yaddaş qurğusunun məhsuldarlığının dağılması zamanı.

Əgər «Ölümün göy ekranı» bir neçə dəfə meydana çıxıbsa, amma kompüterin yenidən yüklənməsi zamanı yox olursa, onda birinci dəfə çıxan problemə əhəmiyyət vermək lazım deyil. Yalnız o təqdirdəki kompüterinizə quraşdırılan əməliyyat sisteminiz lisenziyasız olsun. Windows-un pirat versiyalarında müxtəlif proqramların olması BSOD kimi sistem səhvinin heç nədən kompüterdə yaranmasına səbəb olur. Bəzən elə olur ki, kompüterdə işlədiyimiz zaman tutulma prosesi baş verir və bir neçə saniyədən sonra «Ölümün göy ekranı» görsənir. Bu zaman müəyyən etmək lazımdır ki, bu hadisəyə səbəb nədir?Daha sonra   Windowsun kritik səhvi zamanı sistemin avtomatik yenidən yüklənməsini təmin etmək lazımdır.Bunun üçün nə etmək lazımdır?Əvvəlcə sistemi təhlükəsiz rejimdə yükləmək lazımdır. Daha sonra isə aşağıdakı əməliyyatları yerinə yetirək.

Windows Xp istifadəçiləri üçün:

1.     Siçanın sağ düyməsi «Mənim Kompüterim-Мой Компьютер» simgəsi üzərində vurulur, «Xüsusiyyətlər-Свойства» sətri seçilir

2.      Açılan pəncərənin «Təkmil-Дополнительно» səhifəsinə daxil oluruq.

3.      «Yükləmə və bərpa-Загрузка и восстановление» bölümündən «Quruluş parametrləri-Параметры» düyməsi sıxılır.

4.      Qarşıya çıxan dialoq pəncərəsində «Avtomatik yenidən yükləmə-Выполнять автоматическую перезагрузку» çeksboksuna işarə qoyulur.

5.      «Sazlama məlumatı yazmaq-Запись отладочной информации» bölümündəki siyahıdan «Balaya yaddaş nüsxəsi(64Kb)-Малый дамп памяти (64 КБ)» seçilir və OK düyməsi sıxılır.

Bir sözlə şəkil 2-də göstərildiyi kimi

bsod yaranma sebebleri

Windows 7 istifadəçiləri üçün:

1.      «Kompüter- Компьютер» simgəsi üzərində siçanın sol düyməsi iki dəfə vurulur.

2.      Açılan Kompüter pəncərəsinin menyu zolağının altında yerləşən «Sistemin xüsusiyyətləri- Свойства системы» düyməsi sıxılır.

3.      Növbəti pəncərinin sol panelində «Sistemin müdafiəsi-Защита системы» sətri seçilir.Açılan pəncərənin «Təkmil-Дополнительно» səhifəsinə daxil oluruq.

4.      «Yükləmə və bərpa-Загрузка и восстановление» bölümündən «Quruluş parametrləri-Параметры» düyməsi sıxılır.

6.      Qarşıya çıxan dialoq pəncərəsində «Avtomatik yenidən yükləmə-Выполнять автоматическую перезагрузку» çeksboksuna işarə qoyulur.

5.      «Sazlama məlumatı yazmaq-Запись отладочной информации» bölümündəki siyahıdan «Balaya yaddaş nüsxəsi(128Kb)-Малый дамп памяти (128 КБ)» seçilir və OK düyməsi sıxılır.

Bir sözlə şəkil 3-də göstərildiyi kimi

bsod yaranma sebebleri

Sonra kompüteri yenidən yükləyirik.

2) Yenidən yükləmədən sonra səhv kodunu yazmaq və burada onu yoxlamaq olar:

http://bsodstop.ru/index.php/kod-bsod

3)Bundan sonra bizə «Blue_Screen_View» utilitini yükləmək lazımdır ki,Bsod-a səbəb olan drayveri tapa bilək.Proqramın yüklənməsi və onun istifadə qaydaları ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək lazımdır.(Şəkil 4)

bsod yaranma sebebleri

http://www.oszone.net/10225/BlueScreenView

4)Əgər Bsod-a səbəd olan videoadapterin drayveridirsə,onda həmin drayverin yeni versiyasını tapıb kompüterə yazırıq.Yox əgər bu səsin,ana lövhənin və ya şəbəkə kartının drayveridirsə,onda ya onu yeniləmək lazımdır, ya da ki drayverin köhnə versiyasını kompüterə quraşdırmaq gərəklidir.

Aşağıdakı cədvəldə drayverlərin adı və qurğuların nomenklaturası verilmişdir.Ölümün göy ekranı necə düzəltmək barədə ətraflı məlumat məhz bu cədvəldədir.

Drayverin adı

Qurğunun drayveri və proqramın adı

afw.sys

Agnitum outpost antivirus proqramı və firewall

afwcore.sys

Agnitum outpost antivirus proqramı və firewall

alcxwdm.sys

Realtek AC 97 səs kartının drayveri

ati*.dll

ATİ videoadapterinin drayveri

ati*.sys

ATİ videoadapterinin drayveri

cmaudio.sys

­C-media səs kartının drayveri

cnx*

Conexant drayveri

ctaud2k.sys

Creative səs kartının drayveri

dwprot.sys

Dr.web antivirus proqramı

eamon.sys

ESET NOD32 antivirus proqramı

filtnt.sys

Agnitum outpost antivirus proqramı və firewall

ghidpnp.sys

Genius siçanın drayveri

ha20x22k.sys

Creative səs kartının drayveri

ig*

Intel qurğusunun drayveri

kl1.sys

Kasperski antivirus

klif.sys

Kasperski antivirus

klim5.sys

Kasperski antivirus

klim6.sys

Kasperski antivirus

nv*.dll

NVİDİA videoadapterinin drayveri

rtl*.sys

Realtek şəbəkə kartının drayveri

spyder.sys

Dr.web antivirus proqramı

srtsp.sys

Symantec antivirus proqramı

symtdi.sys

Symantec antivirus proqramı

win32k.sys

Windows drayveri

Ardı növbəti sayımızda…

 

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

 

Оставить комментарий