Домой / Microsoft Access / Cədvələ filtrin tətbiqi

Cədvələ filtrin tətbiqi

Cedvele filtrin tetbiqiƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Filtr adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.
Sorğular kimi filtrlər də müəyyən qoyulmuş şərtlərə cavab verən verilənlərin seçilməsi üçün istifadə edilir. Lakin filtr cədvəllə birlikdə saxlanınlır və başqa obyektlərlə istifadə oluna bilməz.
Kadrlar cədvəlinə filtr tətbiq etməklə bir sıra yazını seçək.
Verilənlər bazasının pəncərəsində Cədvəllər(Tables) düyməsini, sonra isə iki dəfə Kadrlar dyüməsini sıxın. Cədvəlin Soyadı sütununda Məlikova yazılmış xananı seçin. Seçilmə üzrə filtr düyməsini sıxın. Gördüyünüz kimi, cədvəldə Soyadı xanasında yalnız «Məlikova» olan yazılar qaldı. Cədvəlin bütün yazılarını göstərmək üçün Filtrin təqzibi düyməsini sıxın. Axırıncı tətbiq edilmiş filtr Access -in yaddaşında saxlanılır və onu təkrar Filtr düyməsini basmaqla tətbiq etmək olar.
Cədvələ mürəkkəb Filtr də tətbiq oluna bilər. Məsələn, Kadrlar cədvəlindən tərkibində Məlikova soyadı olan və eyniCedvele filtrin tetbiqi zamanda telefon sahəsi boş olmayan yazıları seçək. Yazılarà Filtrà Mürəkkəb filtr ( Recordsà Filterà Advansed Filter/Sort) əmrini seçin. Sorğu konstruktorunun pəncərəsinə oxşar bir pəncərə açılır. Pəncərənin
Aşağı hissəsində Soyadı sahəsinin «Məlikova» mətninə bərabər olması şərti artıq yazılıb. Blankın ikinci sütünuna mausun vasitəsilə Telefon sahəsini gətirin və Seçmə şərti (Criteria) xanasına <>Null düsturunu yazın. Bu şərt boş olmayan sahələri seçir. Filtrà Filtrin tətbiqi (Filterà Apply Filter/Sort) əmrini seçin. YazılaràFiltrin təqzibi (Recordsà Remove Filter/Sort) əmri ilə filtri yığışdırın.
Yeni filtrin tətbiqi əvvəlki filtrləri ləğv edir. Filtri qoruyub saxlamaq üçün onu sorğu kimi saxlamaq lazımdır. Filtr pəncərəsini açın (Recordsà Filterà Advansed Filter/Sort). Faylà Sorğu kimi yadda saxlamaq(Fileà Save As Query) əmrini yerinə yetirin. Açılan pəncərədə sorğuya Filtr adı verib OK düyməsini sıxın. Filtr pəncərəsini bağlayın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий