Домой / Microsoft Access / Cədvəllərarası əlaqənin yaradılması

Cədvəllərarası əlaqənin yaradılması

Cedvellerarasi elaqenin yaradilmasiƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri CədvəllərarasıCedvellerarasi elaqenin yaradilmasi əlaqənin yaradılması adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.
Qruplar cədvəlinin KadrlarID sütunundakı ədədlər Kadrlar cədvəlinin yazılarının nömrələrinə uyğun olmalıdır. Bunun üçün iki cədvəl arasında əlaqə yaratmaq lazımdır. Xidmət- Əlaqələr (Tools- Relationships) əmrini seçin. Açılan Cədvəllər pəncərəsində aralarında əlaqə yaratmaq Cedvellerarasi elaqenin yaradilmasiistədiyiniz cədvəlləri seçin. Əlavə (Add) düyməsini sıxın.
Mausun sol düyməsini sıxın və buraxmadan Kadrlar cədvəlinin KadrlarID sətrini Qruplar cədvəlinin KadrlarID sətrinin üzərinə gətirin. Açılan pəncərədə Yaratmaq (Create) düyməsini sıxın. Yaranmış əlaqənin parametrlərini sazlamaq üçün əlaqə xəttinin üzərində mausun düyməsini iki dəfə sıxın. Açılan dialoq pəncərəsində Verilənlərin bütövlüyü təmin edilsin (Enforce…), sonra isə Əlaqədar yazıların ardıcıl pozulması (Cascade Delete…) şərtlərini qeyd edin ki, Kadrlar cədvəlindən bir yazı pozulanda onunla əlaqədar olan Qruplar cədvəlinin yazıları da pozulsun. Əlaqələr (Relationship) pəncərəsini bağlayın.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Оставить комментарий