Домой / İKT xəbər / “Chrome” brauzerinin “iPhone” və “iPad” qurğuları üçün versiyası istifadəyə verilib

“Chrome” brauzerinin “iPhone” və “iPad” qurğuları üçün versiyası istifadəyə verilib

“Google” şirkəti “Chrome” brauzerinin “iOS” əməliyyat sistemi üçün versiyasını istifadəyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, brauzeri “iOS 4.3” platforması ilə işləyən qurğulara quraşdırmaq mümkündür. Onu artıq “App Store” mağazasından yükləmək olar. İnterfeys 50 dil dəstəkləyir.

Məlumat üçün bildirək ki, “Chrome” brauzeri “WebKit” mühərrikindən istifadə edir.“Chrome” brauzerinin “IOS” platforması üçün istifadəyə verilmiş versiyasında "gizli" rejim və qurğular arasında sazlama, şifrə, əlfəcin və açıq vərəqlərin sinxronlaşdırılması funksiyasını qeyd etmək olar.Məlumat üçün bildirək ki, son məlumatlara görə, hazırda “Chrome” brauzerindən 310 milyon insan istifadə edir.

Mənbə:“ICTnews.az”

Оставить комментарий