Домой / Bakı Bulvarı / Bulvarda Çorisia Baobab ağacı

Bulvarda Çorisia Baobab ağacı

Bulvarda Çorisia Baobab (Chorisia Speciosa) ağacı 2010-cu il avqust ayının 8-də əkilmişidir. Çorisia Baobab (Chorisia Speciosa) ağacının vətəni Argentinadır.Bulvarda Çorisia Baobab ağacıArgentinadan gətirilən və Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacının yaşı 215 ildir.Bulvarda Çorisia Baobab ağacı Onu da qeyd etmək istəyirəm ki, minlərlə dollara başa gələn bu cür ağaclar yəni Çorisia Baobab (Chorisia Speciosa) dünyanın bir sıra parklarında əkilib. Ağacın gövdəsi olduqca qalındır.Bulvarda Çorisia Baobab ağacıBizim yerli iqlimə nə dərəcədə uyğunlaşacağını yəqin ki, gələcək göstərəcək. Bu ağac haqqında onu bildirmək istərdim ki, Çorisia Baobab (Chorisia Speciosa) ağacı Cənubi Amerikanın tropik və subtropik meşələrində bitir.Bulvarda Çorisia Baobab ağacıBu Çorisia Baobab (Chorisia Speciosa) ağacının çoxlu ümumi adları var. Məsələn palo borracho (ispan dilində elə «sərxoş dəyənək») kimi.Bulvarda Çorisia Baobab ağacıChorisia Speciosa ağacı baobab və kapok ailəyə məxsusdur. Baobab ağacları öz gövdəsində 100 litr su saxlaya bilir.

Bulvarda Çorisia Baobab ağacı

Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacı haqqında verilən lövhədə ingiliscədə məlumat verilmişdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий