Домой / İKT xəbər / Sərbəst şəkildə danışan robot

Sərbəst şəkildə danışan robot

Britaniyanın Hartfordşir Universitetinin alimləri uşaq psixologiyasına malik “DeeChee” adlı yeni insana bənzər robot hazırlayıblar: robot yanında deyilmiş sözləri yadda saxlamaq və təkrarlamaqla danışmağı sərbəst şəkildə öyrənir.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, sınaq zamanı könüllü şəxs sadəcə robotla ünsiyyət saxlayaraq ona bir neçə söz "öyrədib".

“DeeChee” robotunun xüsusi sisteminə hansı mövzuda danışıq aparıldığını göstərmək kifayətdir. Bundan sonra sistem ingilis danışığında tez-tez təkrarlanan sözləri ayırır, mənalarını müəyyənləşdirir, sonra onları yaddaşda  saxlayır və dialoq zamanı münasib hesab etdikdə həmin sözləri səsləndirir.

Mənbə:İctnews.az

Оставить комментарий