Daxili yaddaş

Deyildiyi kimi, daxili yaddaş xarici yaddaşa nisbətən daha sürətlidir, ancaq onun tutumu daha məhduddur.Kompüterin daxili yaddaşı nə qədər çox olarsa, mürəkkəb tapşırıqların həllində kompüterin sürəti də bir o qədər yüksək olar.Daxili yaddaşın üç hissədən ibarət olduğu da qeyd olunub: daimi, operativ və keş yaddaş.
Daimi yaddaşda kompüter üçün çox önəmli informasiyalar saxlanılır.Orada kompüterin əsas qurğularını yoxlayan və əməliyyat sistemini başladan proqramlar yerləşdirilib.Kompüter işə düşən kimi həmin proqramlar yerinə yetirilir.Aydındır ki, bu proqramları dəyişmək olmaz,yoxsa kompüter işə düşməz.Başqa sözlə, daimi yaddaşda saxlanılan informasiyaları yalnız oxumaq olar.Məhz buna görə çox zaman ROM (ingiliscə Read Only-Memory yalnız oxunula bilən yaddaş)adlandırılar.
Operativ yaddaş cari iş zamanı gərəkli olan informasiyaları-ilkin verilənləri, proqramın komandalarını, aralıq və son nəticələri saxlamaq üçün nəzərdə tutulub.Bu yaddaşdan yalnız kompüter işləyərkən istifadə olunur, kompüter sönən kimi orada saxlanılan bütün verilənlər silinir.Operativ yaddaşa informasiyanı həm yazmaq, həm də oxumaq olur.Çox zaman onu RAM (ingiliscə Random Access Memory — ixtiyari erişimli yaddaş)adlandırılar.
Fiziki olaraq yaddaş ana lövhədə, adətən, mikroprosessorun yanında yerləşir.PC’nin yaddaşı,DRAM(Dynamik Random Access Memory) mikrosxemləri kimi tanınan yaddaş mikrosxemlərinin yığınından ibarətdir.Kompüterlərdə tətbiq olunan ilk yaddaş modulları SIMM (Single-Inline-Modular-Memory) adlanırdı.SIMM’lər nə qədər populyar olsalar da, onları DIMM (Dual-Inline-Modular-Memory ) modulları əvəzləndi.
Hər bir DIMM modulunda 4,8,16,32,64,128,256 və ya 512 Mbayt yaddaş olur.Bu modullar sistem lövhəsindəki yaddaş yuvalarına (slotlarına )taxılır.
Keş yaddaş (ingiliscə cache-gizli yer,anbar) kompüterin müxtəlif sürətli qurğularının işini uzaqlaşdırmaq yoluyla onun məhsuldarlığını artırmaq üçün nəzərdə tutulub.Keş yaddaşdan mikroprosesor və operativ yaddaş arasında, eləcə də operativ yaddaşla xaraci yaddaş arasında verilənlərin mübadiləsi zamanı istifadə olunur.Bu yaddaşdan istifadə sərt diskə müraciətlərin sayını azaldır.
Qeyd:Kompüterin yaddaşı nə qədər çox olsa,bir o qədər yaxşıdır.Yaddaşın həcmi böyükdürsə,böyük sənədlərlə və elektron cədvəllərlə,qrafika və səsoaln proqramlarla rahat işləmək olar.
Yaddaş necə işləyir
Kompüterdə dəyişən kəmiyyətlərin operativ saxlanması üçün istifadə olunan yaddaş mikroprosessor üçün tam açıq olur. Başladılan proqram təminatı yaddaşla necə qarşılıqlı əlaqədə olmaq, yaddaşda nə saxlamaq və yaddaşdaolan informasiya ilə etmək haqqında mikroprosessoru məlumantlandırır. Məsələn, mətn prosessorunun köməyi ilə hər hansı sənəd yaradıldıqda istifadəçinin daxil etdiyi hər bir simvol operativ yaddaşın hər hansı oyuğunda saxlanılır. Bundan sonra mikroprosessor bu simvola yalnız həmin sənəd üzərində redaktə, axtarış, əvəzləmə və bş kimi əməliyatlar aparmaq lazım gələndə müraciət edəcək. Yaddaşda nəsə-sənəd, elektron cədvəl və ya qrafik görüntü yaradıldıqdan sonra həmin obyekt diskdə saxlanılır. Disk-informasiyanın uzun müddət saxlamaq üçün anbardır. Diskdə saxlanılan informasiyaya təkrar müraciət etmək gərəkli olduqda həmin informasiya diskdən yaddaşa oxunmalıdır. Yalnız bu halda mikroprosessor göstərilən informasiya ilə işləyə biləcək.
Qeyd:Kompüterə gələn cərəyan kəsildikdə operativ yaddaşda olan informasiya silinir. Buna görə də gördüyünüz işlərin nəticələrini tez-tez diskdə saxlayın ki, bu sizdə vərdişə çevrilsin.

Mənbə:Kompüter bunu öyrənməyə nə var ki!..

Оставить комментарий