Домой / Bakı Bulvarı / Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park

Dənizkənarı Milli ParkDənizkənarı Milli Park — Bakı şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar. 1909-cu ildə yaradılmışdır. 29 dekabr 1998-ci ildən milli park statusu daşıyır. Ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.
Dənizkənarı bulvarın salınması 1909-cu ildə Bakı şəhər Duması tərəfindən qərarlaşdırılmış və o vaxtlar Dumada çalışan məşhur mühəndis Məmməd Həsən Hacınskinin adı ilə bağlıdır. O zaman tender yolu ilə seçilmiş layihənin işlənib həyata keçirilməsində mühəndis Kazimir Skureviçin və memar Adolf Eyxlerin də böyük zəhməti olmuşdur. Onların təklifi əsasında dəniz sahili ilə yeni salınmış II Aleksandr küçəsinin (indiki Neftçilər prospekti) arasında yaşıllıq zolağının salınması nəzərdə tutulmuşdu. İki il müddətində buraya kənardan münbit torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.
1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatdırıldı.
Bakı bulvarı genişləndirildikdən sonra onun ərazisi artıq 16 km-ə çatıb. Paytaxta gələn qonaqlar 16 km sahəsi olan bulvarda — Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər

Dənizkənarı Milli Park

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий