Домой / İKT xəbər / Google 100-dən cox domen adını qeydiyyatdan keçirməyi planlaşdırıb

Google 100-dən cox domen adını qeydiyyatdan keçirməyi planlaşdırıb

ICANN şirkəti yuxarı domen zonasında qeydiyyatdan keçmək üçün müraciət edənlərin tam siyahısını dərc edib.

Məlumata əsasən 500-dən çox şirkət ərizə ilə müraciət edib. Diqqəti cəlb edən müraciətlərdən biri internet nəhəngi Google korporasiyasının adı ilə bağlıdır. Belə ki, Google 100-dən çox yeni domen adını qeydiyyatdan keçirməyi planlaşdırıb.

Qeyd edək ki, internet nəhəngi ərizələri @google.com elektron ünvanından göndərsə də, korporasiyanın deyil, Charleston Road Registry şirkəti adından müraciət edib. Ekspertlər Google-un 100-dən çox domen adını qeydiyyatdan keçirmək istəyini nəzərə alaraq, bunu məntiqi addım kimi qəbul ediblər. Onların fikrincə, internet nəhəngi bir çox domen adının qeydiyyatında heç bir problemlə rastlaşmasa da, .app, .baby, .blog və .book kimi domen adlarının qeydiyyatında mübarizə aparmalı olacaq. Məsələn, .app domen adını almaq üçün 13 şirkət və təşkilat ərizə ilə müraciət edib.

İnternet nəhənginin almaq istədiyi domen adlarının tam siyahısı ilə tanış olaq (3 Çin domen adından başqa): ads, and, android, app, are, baby, baby, blog, boo, book, buy, cal, car, channel, chrome, cloud, corp, cpa, dad, day, dclk, dds, dev, di, docs, dog, dot, drive, earth, eat, esq, est, family, film, fly, foo, free, fun, fyi, game, gbiz, gle, gmail, gmbh, goo, goog, google, guge, hangout, here, home, how, inc, ing, kid, live, llc, llp, lol, love, mail, gmail, map, mba, med, meme, mom, moto, mov, movie, music, new, nexus, page, pet, phd, play, plus, prod, prof, rsvp, search, shop, show, site, soy, spot, srl, store, talk, team, tech, tour, tube, vip, web, wow, you, youtube, zip.


Mənbə:www.rabita.az

 

Оставить комментарий