Домой / İKT xəbər / Musiqi xidməti yaratmağı planlaşdıran “Dropbox”

Musiqi xidməti yaratmağı planlaşdıran “Dropbox”

Dropbox musiqi xidmeti yaradir«Bulud» fayl mübadilə xidməti “Dropbox” ehtimal ki, musiqiyə axın rejimində qulaq asmaq üçün Dropbox musiqi xidmeti yaradirxidmət yaratmağı planlaşdırır. Belə ki, şirkət pulsuz belə xidmət təklif edən “Audiogalaxy” startapını satın alıb. Sazişin maliyyə şərtləri haqqında məlumat yoxdur.gadirov.com  elektron xəbər xidməti “ICTnews.az” saytına istinadən bildirir ki, “Audiogalaxy” startapının bloqunda dərc edilmiş məlumata əsasən, onun əməkdaşları “Dropbox”un tərtibatçılar komandasına qoşulacaq. Bundan başqa, yeni istifadəçilər hələlik sistemdə qeydiyyatdan keçə bilməyəcək və pleylist 2012-ci il dekabrın 31-nə qədər əlçatan olacaq.Məlumat üçün qeyd edək ki, “Audiogalaxy” hələ 1998-ci ildə mp3 faylların FTP-də axtarış sistemi kimi istifadəyə verilmişdi. Bundan sonra o, öz fayl mübadiləsi kliyentinə malik p2p sistemə çevrildi. Lakin 2002-ci ilin mayında Amerikanın Səsyazma Şirkətləri Assosiasiyası (RIAA) “Audiogalaxy”-ni müəllif hüquqlarını pozmaqda ittiham edərək ona qarşı iddia qaldırmışdı.Bu məsələ məhkəmədən kənar qaydada həll edildi və sayt fəaliyyətini dayandırmalı oldu. Yalnız 2010-cu ildə xidmət yenidən istifadəyə verildi.