Домой / Fayl mübadiləsi servisi / Dropmefiles saytı ilə tanışlıq

Dropmefiles saytı ilə tanışlıq

dropmefiles sayti ile tanisliq Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Dropmefiles fayl mübadiləsi servisinə həsr olunmuş birinci video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Dropmefiles saytı ilə tanışlıq və onun üstün cəhətləri  olacaq. Qeyd etmək istəyirəm ki, Dropmefiles saytı fayl mübadiləsi servisi sayıla bilər.Bu və ya digər formada məlumatlarınızı bir istifadəçidən digərinə göndərmək zərurəti ilə rastlaşırıq. Əgər bu məlumatın həcmi kifayət qədər böyük olarsa, yəni 50 GB-ta qədər olarsa bu halda bu sayt bizim köməyimizə çatır. Yəni 50 GB-ta qədər şəkillərimizi, videolarımızı və hər hansı bir bu kimi fayllarımızı bir istifadəçidən digər istifadəçiyə, yəni dostumuza, tanışımıza göndərmək üçün bu sayt bizim əlimizdən tutur.

Dropmefiles saytı ilə tanışlıq

dropmefiles sayti ile tanisliq

Məlumat üçün bildirim ki, Dropmefiles saytı İNETKOM şirkəti tərəfindən yaradılıb. Və bu şirkət nəinki bu cür fayl mübadiləsi servisini öz istifadəçilərinə təklif edir,eləcədə  internetlə bağlı digər xidmətləridə göstərir. Dropmefiles fayl mübadiləsi servisində istər məlumatın servisə əlavə olunması, istərsə də məlumatın servisdən köçürülməsi üçün heç bir sürət məhdudiyyəti yoxdur. Odur ki, bu cür xidmətdən istifadə edən hər bir şəxs bu rahatlığı ilə servisizin imkanlarından yararlana biləcək. Yeni başlayan istifadəçilərə bildirmək istərdim ki, saytın bir sıra üstün cəhətləri var ki bu saytdan yararlanmaq onlar üçün faydalı olacaq. Odur ki, bu saytın bir sıra üstün cəhətləri ilə istər yeni başlayan istifadəçiləri, istərsə də kanalımızın abunəçilərini tanış etmək istərdim.

  1. Faylların servisə əlavə olunması və köçürülməsi üçün heç bir qeydiyyat tələb olunmur.
  2. Saytın dil interfeysi iki dildə hazırlanılıb. Rus və ingilis dilində
  3. Sayta əlavə olunacaq informasiyanın həcmi 50 Gb-ta qədər olmalıdır.
  4. Məlumat üçün yaradılan linki e-mail vasitəsilə göndərmək mümkündür.
  5. Yüklənmiş fayllar üçün yalnız bir keçid linki yaradılır.
  6. Yaradılmış yükləmə linkini sosial şəbəkələrin birində paylaşmaq olar.
  7. Bu servisə istər tək, istərsə də çoxlu sayda fayllar və qovluqlar əlavə etmək olar.
  8. Keçid linkinin qarşı tərəfə göndərilməsi zamanı ona müddət təyin etmək mümkündür.
  9. Məlumatı gönmək üçün nəzərdə tutulan linki şifrə ilə mühafizə etmək mümkündür.
  10. Məlumatı 7 və 14 gün ərzində servis öz yaddaşında saxlaya bilir.
  11. Məlumatı yalnız bir dəfə köçürməyə imkan verən tənzimləmə mümkündür.
  12. Müəllif hüquqları ilə bağlı problemin həlli qaydası da mövcuddur.

dropmefiles sayti ile tanisliq

Beləliklə biz Dropmefiles saytı ilə tanışlıq mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий