Домой / Xəbərlər / Dünya çempionu: “Gözlərim xəstə olduğu üçün internetlə çox da maraqlana bilmirəm”

Dünya çempionu: “Gözlərim xəstə olduğu üçün internetlə çox da maraqlana bilmirəm”

«İnternetdən istifadə etsəm də, çalışıram az-maz məşğul olum. “Facebook”da yoxam. Düzdür, “Facebook” və “Odnoklassnik”də adım-profilim açılıb, amma bu, özüm deyiləm». “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər ikiqat Dünya və Olimpiya çempionu, 2002-ci ildə “Tərəqqi” medalına, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülən Fərid Mansurova aiddir.

O, ölkə mətbuatına verdiyi müsahibəsində deyib ki, kimlərsə onun adından sui-istifadə edib sosial şəbəkələrdə saxta profillər yaradırlar: «Gözlərim xəstə olduğu üçün internetlə çox da maraqlana bilmirəm. Gərək ki, yenidən əməliyyat olunam. Kompyuter də gözlərimə mənfi təsir edir».

Mənbə:“ICTnews”

Оставить комментарий