Домой / İKT xəbər / Düşüncə gücü ilə qurğuları idarə etmək olarmı?

Düşüncə gücü ilə qurğuları idarə etmək olarmı?

Dusunce gucu ile qurqularin idare olunmasiFantastik romanlarda təsvir edilmiş texnologiya, çox güman ki, tezliklə həyata keçəcək. Belə ki, Dusunce gucu ile qurqularin idare olunmasibaşa taxılmış halqa vasitəsilə düşüncənin gücü ilə smartfona əmr vermək mümkün olacaq. Qurğu 2013-cü ildə satışa çıxarılacaq. Möcüzəvi halqanı Kanadanın «InteraXon» şirkəti hazırlayıb. Startap «IndieGogo» sosial investisiyalar platforması vasitəsilə 287 min dollar toplaya bilib.Gadirov.com elektron xəbər xidməti «ICTnews.az» saytına istinadən bildirir ki, gələcəyin halqası «Muse» adlandırılıb. Onun əsas vəzifəsi beyin impulsları haqqında informasiyanı «oxumaq»dır. «Muse» beyin neyronlarının aktivliyini qeydə aldıqdan sonra bu informasiyanı «Bluetooth» vasitəsilə smartfon və ya planşet qurğuya ötürür. İstifadəçi beyninin cari anda necə işləməsini, Dusunce gucu ile qurqularin idare olunmasionun hansı emosiyalar yaşamasını görə bilər.Bundan başqa, smartfona quraşdırılmış tətbiqə yaddaş və əqli qabiliyyətlərin inkişafı üçün treninq daxil edilib. Startap beyin impulslarını cihazı idarə etməyə imkan verən əmrlərə çevirmək niyyətindədir.
Yəni, istifadəçilər smartfon və planşetlərini düşüncənin gücü ilə idarə edə biləcəklər. «Muse» 2013-cü ilin iyununda 199 dollara satışa çıxarılacaq. «Muse» «iOS» və «Android» platforması ilə işləyən smartfon və planşetlərlə işləyə bilir.