Домой / Internet / Əlaqələrdən istifadə etmə qaydaları

Əlaqələrdən istifadə etmə qaydaları

elaqelerden istifade qaydalariƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Əlaqələrdən istifadə qaydaları adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.
URL-ünvanlarla yanaşı, əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
elaqelerden istifade qaydalariSəhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub-olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin. Hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə demək olar ki, bütün hallarda bir neçə əlaqəli HTML sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcə də, vahid mövzu, müəllif və sairlə bir-birinə bağlı olan bir qrup Web-səhifəyə «Sayt» (Site) deyilir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий