Домой / Word 2003 / Əlfəcənin sənədə yerləşdirilməsi

Əlfəcənin sənədə yerləşdirilməsi

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında əlfəcənin yerləşdirilməsi olacaq.Əlfəcəni mətnə yerləşdirmək üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Заkладка əmrini seçin. Имя заkладка yəni əlfəcənin adı sahəsinə əlfəcənin adını yazırıq. Məsələn: z1 Sonra Добавить düyməsini sıxın. Beləliklə mətnə əlfəcə yerləşdi.

Əlfəcənin üstün cəhətlərindən biri odur ki, əgər biz mətnin müəyyən  bir hissəsini oxuyub qurtarmışıqsa, həmin hissədə qalmışıqsa, bir neçə gündən sonra qaldığımız yerdən davam etmək istəyiriksə, bu zaman əlfəcə bizim köməyimizə çatacaqdır. Biz əlfəcə daxil edilmiş mətni yaddaşa verib bağlayırıq. Daha sonra həmin sənədi açaq və eyni əlfəcəni ekrana çağıraq. Bunun üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Задладка əmrini seçin. z1 seçib Перейти düyməsini sıxırıq. Gördüyümüz kimi göstərilmiş ünvana avtomatik olaraq əlfəcə keçdi.

Əlfəcənin silinməsi üçün Yerləşdirmək-İnsert-Вставка menyusuna daxil olun. Açılmış menyudan Əlfəcə-Bookmark-Задладка əmrini seçin. Sonra z1 seçib, Удалить düyməsi sıxılır. Əlfəcəni yadda saxlamaq üçün mütləq Сохранить-Save düyməsi sıxılır.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

 

Оставить комментарий