Домой / Adobe Fhotoshop / Elliptical Marquee Tool alətinin izahı

Elliptical Marquee Tool alətinin izahı

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Elliptical Marquee Tool alətinin izahı olacaq. Bildiyimiz kimi seçim alətləri proqramda ən çox istifadə olunan alətlərdən biridir. Bu cür alətlərin köməyi ilə Adobe Photoshop proqramında bir sıra mürəkkəb seçim əməliyyatlarını şəkillər üzərində aparmaq olar. Seçim aləti kimi Elliptical Marquee Tool aləti ilə işləmək üçün hər hansı bir yeni şəkil vərəqi yaradılmalıdır.Yeni şəkil vərəqinin yaradılması üçün File menyusuna daxil olub New əmrini seçməliyiq və klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmalıyıq. Açılan New dialoq boksunda Width-En sahəsində 500 piksel, Height-hündürlük sahəsində isə 500 piksel yazılaraq Ok düyməsini sıxırıq.Elliptical Marquee Tool alətinin izahıGördüyümüz kimi 500 piksel x 500 piksel ölçüsündə yeni boş şəkil vərəqi yarandı. Sonra alətlər panelində seçim alətlərinin birinə bizim nümunəmizdə Elliptical Marquee Tool alətinə müraciət edirik.Elliptical Marquee Tool alətinin izahıGördüyümüz kimi siçanımızın göstəricisi öz formasını dəyişdi. Bu alətdən istifadə edərək boş vərəqimizdə dairə formalı seçim edirik. Dairə şəkilli seçimin aparılması üçün klaviaturamızda Shift düyməsi sıxılır.Elliptical Marquee Tool alətinin izahıSonra isə siçanımızın göstəricisi ilə dairə çəkilir.İndi isə vərəqimizdə olan seçili sahəni ixtiyari bir rənglə dolduraq. Bunun üçün alətlər panelində olan rəng palitrasına müraciət edərək doldurmaq istədiyimiz rəngi seçirik.Elliptical Marquee Tool alətinin izahıSet foreground color boksuna klik edərək qara rəng seçilir. Sonra isə alətlər panelində Paint Backet Tool alətinə müraciət edirik.Elliptical Marquee Tool alətinin izahıVə ya klaviaturada ALT düyməsi sıxılı vəziyyətdə Backspace düyməsini sıxmaqla mövcud rəngi vərəqə doldurmuş oluruq.Elliptical Marquee Tool alətinin izahıDigər yeni bir boş vərəq yaratmaq lazımdır. Bunun üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmalıyıq. Açılan New dialoq boksunda Width-En sahəsində 500 piksel, Height-hündürlük sahəsində isə 500 piksel yazılaraq Ok düyməsini sıxırıq.Elliptical Marquee Tool alətinin izahıGördüyümüz kimi 500 piksel x 500 piksel ölçüsündə yeni boş şəkil vərəqi yarandı. İndi isə Paint Backet Tool alətindən istifadə edərək vərəqimizin ağ fonunu qara fonla doldururuq.Elliptical Marquee Tool alətinin izahıİndi isə alətlər panelində olan Move Tool alətindən istifadə edərək digər vərəqimizdə olan Qara fonlu dairəmizi yeni yaratdığımız vərəqə daşıyırıq. Başqa üsulla bunu etsək Edit menyusuna daxil olub Copy sətrinə klik etməliyik. Sonra isə digər vərəqimizi aktivləşdirərək Edit menyusuna daxil olub Paste sətrini seçməliyik.Elliptical Marquee Tool alətinin izahıGördüyümüz kimi surəti çıxarımış qara dairəni qara fona yerləşdirərkən ətrafında ağ xətlərin əmələ gəldiyinin şahidi oluruq. Bunu aradan qaldırmaq üçün dairə olan vərəqə müraciət edirik.

Elliptical Marquee Tool alətinin izahı

Select menyusuna daxil oluruq. Açılan menyudan Modfy sətrini alt menyudan isə Contract əmrini sıxırıq.Elliptical Marquee Tool alətinin izahı Beləliklə ekrana Contract Selection adlanan yeni pəncərə gəlir.Elliptical Marquee Tool alətinin izahıHəmin pəncərənin Contract By sahəsində 2 pixel yazaraq əməliyyatın təsdiqi üçün Ok düyməsini sıxırıq. Aparılan bu əməliyyatdan sonra seçimimizdə şəkildəElliptical Marquee Tool alətinin izahıolduğu kimi bu cür dəyişiklik baş verir. Növbəti əməliyyat isə digər vərəqimizdən layer 1 layerini ləğv edərək təkrar dairənin yerləşdirilməsi olacaq. Bildiyimiz üsulların biri ilə layer silinir. Sonra isə birinci vərəqimizdəki dairənin surətini digər ikinci vərəqə yerləşdiririk. Bunun üçün birinci vərəqdə klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə C hərfini vururuq.Elliptical Marquee Tool alətinin izahıDigər ikinci vərəqimizi aktivləşdirərək klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə V hərfini vurmaqla dairəni vərəqimizə yerləşdiririk. Gördüyümüz kimi əvvəlki seçim zamanı buradığımız səhvi aradan qaldırdıq.Elliptical Marquee Tool alətinin izahı Beləliklə biz Photoshop proqramında Elliptical Marquee Tool alətinin izahı mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий