Домой / Fayl mübadiləsi servisi / Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Dropmefiles fayl mübadiləsi servisinə həsr olunmuş üçüncü video dərsliyimdə sizləri salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Dropmefiles keçid linkinin e-malə göndərilməsi olacaq. Yeni qoşulan istifadəçilərimə üzümü tutub demək istəyirəm ki, Dropmefiles saytı fayl mübadiləsi sayıla bilər. Bu videodərsliyimizə yeni qoşulan istifadəçilər varsa bildirmək istəyirəm ki, bu mövzuya həsr olunmuş artıq iki video dərsliyim youtube video portalında yerləşdirilib.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Həmçinin gadirov.com saytında işıq üzü görüb. Və bu video dərsliklərin köməyi ilə biz ən azı servisə faylların necə əlavə olunmasını öyrənmişik. Gəlin bunu bir qədər də təkrarlayaq. Əgər biz bu servisə müxtəlif tipli fayllarımızı əlavə etmək istəyiriksə, onda Dropmefiles düyməsini sıxırıq.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Açılan pəncərədə fayllarımız seçilir. Открыть düyməsi sıxılır. Saytın sağ tərəfində cədvəl formasında informasiya təqdim olunur. Gördüyümüz kimi 6 faylımız servisə əlavə olunub. Bundan sonra 6 fayl üçün formalaşdırılmış vahid link təqdim olunur.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Bunun üçün biz həmin linki elektron poçt ünvanına göndərməliyik. Linkin elektron poçt ünvanına göndərilməsi üçün elektron poçt ünvanımızı yazırıq.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Sonra linkin kim tərəfindən göndərilməsi üçün ad qeyd olunur. Bundan sonra enter düyməsi sıxılır və həmin link göstərilmiş elektron poçta göndərilsin. Elektron poçt ünvanına göndərməyimiz barədə informasiya yazılır.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Həmin linkin elektron poçt ünvanına göndərilməsi barədə məlumatı elektron poçt ünvanına daxil olmaqla bilmək olar. Bizim nümunədə bu box.az saytında mövcud olan elektron poçt olduğu üçün həmin sayta daxil oluruq. Gələnlər qovluğuna müraciət edirik. Video dərslikdən göründüyü kimi artıq gələnlər qovluğunda Dropmefiles servisindən bir məktub gəlib. Adətən oxunmamış məktublar qara yazılarla verilir. Məktubu oxumaq üçün onun üzərində bir dəfə siçanın sol düyməsi sıxılmalıdır. Dərslikdən göründüyü kimi Dropmefiles servisi məktub haqqında ətraflı informasiyanı istifadəçiyə tam təqdim edir. Məktub daxilində bizi maraqlandıran məhz faylları kompüterə endirmək üçün link olduğundan həmin linki tapırıq. Onu da qeyd edim ki, həmin keçidin aşağı hissəsində həmin linkin servisdə hansı müddətə aktiv olması barədə məlumat verilir.

Dropmefiles keçid linkinin e-mailə göndərilməsi

Keçid linkinə müraciət üçün üzərində siçanın sol düyməsi vurulur. Beləliklə növbəti pəncərə açılır. Həmin səhifədə linkdə toplanan fayllar barədə ətraflı məlumat verilir.Eləcədə onları köçürmək üçün Скачать все düyməsi verilir. Скачать все düyməsi vurulduqdan sonra Google Chrome səyyahının aşağı sol küncündə kompüterə endirilmiş faylların siyahısı verilir. Dropmefiles servisi adətən zip formatında faylların kompüterə endirilməsini təklif edir. Baxmayaraq ki, fayllarımızı biz servisə ayrılıqda əlavə edirik, amma onların kompüterə endirilməsi zamanı zip formatında verilir.
Beləliklə biz Dropmefiles keçid linkinin e-malə göndərilməsi mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий