Домой / Internet / Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsiƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yandex.Diskə həsr olunmuş altıncı video dərsliyimdə salamlayıram. Bu gün ki, video dərsimizin əsas mövzusu «Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi » olacaq. Bildiyimiz kimi biz beşinci video dərsimizdə «Yandex Diskə faylın yüklənməsi» qaydası ilə tanış olduq. Həmin video dərsin sonunda bildirdim ki, fayllar üçün keçidin əldə olunması barədə altıncı video dərsliyimdə danışacam. Odur ki, mövzumuzu yeni oxuyan istifadəçilər üçün maraqlı olsun deyə digər dərslərimə də baxmağınızı tövsiyyə edirəm.

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Beşinci video dərsliyimdə bildirmişdim ki, «bu video dərsimizin praktik mahiyyəti ondan ibarətdir ki, böyük həcmli faylları internet üzərindən dost və tanışlarımıza yollamaq üçün elektron poçtdan istifadə etmək mümkün olmur. Bəzi servislər isə böyük həcmli məlumatları yalnız müəyyən müddət saxlaya bilər. Bu isə həmin məlumatın sonradan silinməsi ilə nəticələnir. Yəqin internetdə faylları müxtəlif fayl mübadiləsi saytlarından yükləyərkən bununla rastlaşmısınız. Axtarılan fayl tapılmadı. Bu da onu göstərir ki, bu  cür saytlar yalnız müəyyən olunmuş müddətə həmin faylı yadda saxlayır».

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsiBeləliklə biz Foto qovluğuna müraciət edirik. Gördüyümüz kimi Foto qovluğunda iki faylımız vardır. Həmin faylların biri üzərində siçanın göstəricisi bir dəfə vurmaqla həmin fayl haqqında məlumatı sağ tərəfdə çıxan yeni paneldə almış oluruq. Həmin paneldə (pəncərədə) faylın adı,faylın həcmi, dəyişiklik edildiyi tarix, faylın üzərində müxtəlif əməliyyatları aparmaq üçün düymələr toplusu və sonda fayl üçün linkin aktişləşdirilməsi üçün Поделиться ссылкой düyməsi vardır. Əgər faylınız şəkil və ya video fayldırsa, onda çox rahatlıq bu paneldə

Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi

Linkin aktiv edilməsi

verilmiş böyüdücünün (lupanın) köməyi ilə ona baxmaq olar. Fayl üçün nəzərdə tutulmuş keçid linkini aktivləşdirmək üçün Поделиться ссылкой düyməsində olan funksiya aktivləşdirilir. Nəticədə biz qeyd olunmuş fayl üçün keçid linki əldə etmiş oluruq. Həmin linkin surətini çıxardıq dostlarımızla müxtəlif sosial şəbəkələrdə bölüşə bilərik. Linkin işlədiyini yoxlamaq üçün qeyd olunmuş fayl üçün keçid linkinin surətini çıxardırıq. Sonra isə səyyahımızın URL ünvan sətrində onu yerləşdirib Enter düyməsini sıxırıq. Əgər keçidə uyğun gözlədiyiniz nəticədə çıxdısa deməli link işləkdir.

Beləliklə biz «Yandex Diskdə fayl üçün linkin aktivləşdirilməsi» mövzusunu öyrəndik. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий