Домой / Windows XP / Faylların silinməsi və birdəfəlik pozulması

Faylların silinməsi və birdəfəlik pozulması

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Faylların silinməsi və birdəfəlik pozulması olacaq. Ümumiyyətlə faylı silmək üçün bir neçə metod mövcuddur. Faylı həm klaviaturanın köməyi ilə həm də kontekst menyu köməyi ilə silmək mümkündür. Faylı hər iki üsulla silək. Faylı silmək üçün obyekt üzərində sağ düymə sıxıldı.Faylların silinməsi və birdəfəlik pozulmasıDaha doğrusu bizim seçdiyimiz obyekt qovluqdu. Bu əməliyyatı həm faylа həm də qovluğa tətbiq etmək olar. Konteks menyudan biz Удалить seçdik və qarşıya çıxan mesajı təsdiqləmək üçün Да düyməsini sıxdıq.Faylların silinməsi və birdəfəlik pozulmasıBeləliklə qovluğumuz silindi. Корзина adlanan səbətə göndərildi. Digər üsulla faylı silək.Faylı silmək üçün obyekt qeyd olundu.Faylların silinməsi və birdəfəlik pozulmasıKlaviaturada Delete düyməsi sıxıldı və təsdiqləmək üçün Да düyməsini yəni Hə düyməsi sıxıldı.Faylların silinməsi və birdəfəlik pozulmasıBeləliklə bizim sildiyimiz obyekt Корзина adlanan səbətə göndərildi. Digər bir faylımızı misal üçün yaratdığımız digər bir faylı birdəfəlik kompüterdən uzaqlaşdıraq.Faylların silinməsi və birdəfəlik pozulmasıBirdəfəlik uzaqlaşdırmaq üçün klaviaturada Shift düyməsi sıxılı vəziyyətdə Delete düyməsi vuruldu və beləliklə göstərilən əmr təsdiq olundu və gördüyümüz fayl kompüterdən birdəfəlik silindi.Faylların silinməsi və birdəfəlik pozulması Beləliklə biz Windows XP əməliyyat sisteminin Faylların silinməsi və birdəfəlik pozulması mövzusu ilə tanış olduq.

Faylların silinməsi və birdəfəlik pozulması

Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий