“Android” əməliyyat sistemi “Jelly Bean” versiyasından etibarən “Flash” texnologiyasını dəstəkləməyəcək. Bu barədə “Adobe” şirkəti məlumat verib. Korporasiyanın nümayəndələri qeyd ediblər ki, “Flash Player”-i ehtimal ki, digər mənbələrdən qeyri-rəsmi olaraq quraşdırmaq mümkün olacaq, lakin o, “Android 4.1” əməliyyat sistemi ilə düz işləməyəcək.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, avqustun 15-dən etibarən “Flash Player”-i “Google Play” onlayn mağazasından yükləmək mümkün olmayacaq. Əgər avqustun 15-nə qədər “Android 2.3” platforması ilə işləyən qurğuların sahibləri “Flash Player” quraşdırmasalar, o zaman onsuz qalacaqlar.
Mənbə:ICTnews.az