Домой / Word 2003 / Formatın surətinin çıxardılması

Formatın surətinin çıxardılması

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında formatın surətinin çıxarılması olacaq.
Bəzən biz şrift və abzaslar üçün müəyyən edilmiş formalaşdırma parametrlərini təkrarlamalı oluruq. Hər dəfə mətni qeyd etmək və bütün formatlaşdırma əməliyyatlarını təkrar etməli oluruq. Amma bu əməliyyatları yerinə yetirmək əvəzinə onun surətini çıxarmaq olar. Bunun üçün formatın surəti çıxarılacaq mətni və ya sözü qeyd edin və həmin sözə müəyyən formatlaşdırma əməliyyatı tətbiq edin.
Məsələn:
Şrift:Arial
Şriftin ölçüsü-Font size-Выбрать размер шрифта:16
Qalın-Bold-Полужирный:CTRL+B
Kursiv-Курсив CTRL+L
Mərkəzə düzləndirmək-Center-По центру CTRL+E.
Şriftin rəngi-Цвет шрифта (Красный)-Font color:qırmızı
Rəngli fon-Highlight-Выделение цветом:sarı

Gördüyümüz kimi biz sözü formatlaşdırdıq. Əgər formatın surətini çıxarıb onu digər bir sözə tətbiq etmək istəyiriksə, ilk öncə söz qeyd olunur. Qeyd olunduqdan sonra standart alətlər lövhəsində Копировать формат düyməsi sıxılır. Копировать формат düyməsi qeyd olunmuş bütün sözün formatınının surətini çıxarır. Daha sonra kursoru digər sözün yanına yaxınlaşdırırıq və sol düyməni sıxırıq. Beləliklə hər hansısa bir sözə tətbiq olunana formatın surətini çıxarıb digər sözə tətbiq etdik.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий