Домой / Word 2003 / Formatlaşdırmanın əlavə imkanları2

Formatlaşdırmanın əlavə imkanları2

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında formatlaşdırmanın əlavə imkanları olacaq.Biz bu dəfə şrift pəncərəsinin əlavə imkanları ilə tanış olacağıq. Biz indi mətn üzərində müəyyən videodəyişiklik aparacayıq. Bunun üçün Format-Format-Формат menyususna daxil olun. Şrift-Font-Шрифт əmrini seçin.

İndi biz Effektlər-Effects-Видоизменение sahəsindəki düymələri izah edəcəyik.

Üstcizgili-Strikethrough-Зачеркнутыйmətnin üzərindən xətt çəkir.

Ikiqat üzcizgili-Double strikethroughДвойное зачеркиваниеmətnin üzərindən ikiqat xətt çəkir.

Yuxarı indeks(sətr səviyyəsindən yuxarı)-Superscript-Надстрочный-<CTRL+Shift+=> mətni sətr səviyyəsindən yuxarıda yazmaq üçündür.

Aşağı indeks(sətr səviyyəsindən aşağı)— Subscript-Подстрочный-<CTRL+=> mətni sətr səviyyəsindən aşağıda yazmaq üçündür.

Kölgə-Shadow-С тенью kölgə vermək üçündür.

Konturlu-Outline-Контур-mətni konturlu yazmağa imkan verir.

Emboss-Приподнятый-mətni ağ rəngdə yazmaq üçündür.

Engrave-Умопленный-mətni içəriyə doğru çəkir.

Kiçik baş hərflər-Small caps-Малые прописные-<CTRL+Shift+K> ilk hərf böyük qalmaq şərtilə digər hərflərin böyüdülməsi ilə nəticələnir.

Hamısı böyük-All caps-Все прописные-<CTRL+Shift+A>:mətnin bütün hərflərini eyni formada böyüdür.

Gizli mətn-Hidden-Скрытый-<CTRL+Shift+H> mətni gizlədir.

Şrift-Font-Шрифт əmrindəki Интервал-İnterval-Character Spacing səhifəsi mətnlər üzərində intervalı yerinə yetirir. Bəzən biz hərflər arasınada məsafə qoymaq üçün Aralıq məsafəsi-Spacebar düyməsi vasitəsilə yerinə yetiririk. Bu isə bir növ səhvlik yaradır. Çünki əgər, proqramın formatlaşdırma menyusu varsa, deməli burada belə bir imkan da var. Şrift-Font-Шрифт əmrini daha sonra isə İnterval-Character Spacing- Интервал səhifəsinə keçid alırıq. Burada

Miqyas-Zoom-Масштаб-şriftin faizini böyütmək üçündür.

İnterval-Character Spacing- Интервал-məhz sözlər arası intervalı deyil, hərflər arası intervalı tənzimləmək üçün nəzərdə tutulub. Spacing-Интервал sahəsində Oбычньй-Normal deyil, Разреженный seçirik. Misal olaraq 10 punkt yazırıq. Beləliklə hərflər arası intreval 10 punkt böyüdü. Əgər biz istəyiriksə, hərflər bir-biriniin içərisinə doğru girsin. Bunun üçün Уплотненный seçirik. Misal olaraq 5 punkt seçirik..Beləliklə hərflər bir-birinin daxilinə doğru irəlilədi.Daha ətraflı aşağıdakı videodərsdə…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий