Домой / Word 2003 / Formatlaşdırmanın əlavə imkanları3

Formatlaşdırmanın əlavə imkanları3

Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Microsoft Office Word 2003 proqramına həsr edilmiş növbəti videodərslikdə salamlayıram.Bu günki videodərsimizin mövzusu Microsoft Office Word 2003 proqramında formatlaşdırmaının əlavə imkanları olacaq.Microsoft office Word 2003 proqramı mətn üçün animasiya effektlərinin verilməsini təklif edir. Bunun üçün animasiya veriləcək mətni, sözü və ya hərfi seçin. Daha sonra Şrift-Font-Шрифт menyusuna daxil olun. Mətn effektləri-Text effects-Анимация səhifəsini seçin. Sonra Вид sahəsindən zövqünüzə uyğun animasiya effektini seçin. Mətnə verdiyimiz animasiya yalnız virtual olaraq görünür. Çapa çıxmır. Adətən elektron səhifələrin yaradılması zamanı mətnlərə animasiya effektlərini verməklə daha baxımlı etmək olar. Animasiya effektini ləğv etmək də çox asandır. Bunun üçün Şrift-Font-Шрифт menyusuna daxil olun. Mətn effektləri-Text effects-Анимация səhifəsinə daxil olun. Sonra Нет seçin.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий