Домой / Internet / Faylların FTP serverlərdən yüklənməsi

Faylların FTP serverlərdən yüklənməsi

ftp serverƏziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri Faylların ftp serverlərdən yüklənməsi adlanan videodərslikdə salamlayıram. Bu videodərslik Bakı Elmi Tədris Mərkəzi tərəfindən hazırlanılıb.İnternet şəbəkəsindəki qovşaqların içində FTP serverlərə fayl arxivləri kimi baxılır. Bu tipli serverlərin iş üsulları ilə tanış olmaq üçün bir misal gətirək.
İlk növbədə FTP serverlə əlaqə yaratmaq lazımdır. Ünvan sahəsində tile.net/ftp-list yazın və Enter düyməsini basın.
ftp serverQarşınızda FTP serverlərin böyük siyahısını görürsünüz. İstədiyiniz kateqoriyanı seçin — Site name. Sizə lazım olan serverlər siyahısı bu kateqoriyaya əsasən nizamlanır.
Misal üçün, L hərfi ilə başlanan FTP serverlərin siyahısını yükləyin. Bunun üçün L hərfini seçin.
linux.nrao.edu üzərində mausun düyməsini basın. Server yuklənib qurtardıqdan sonra, növbəti siyahının alınması üçün mausun düyməsini iki dəfə basmaqla qovluğu seçin. Məsələn, Pub qovluğunu.
Beləliklə, qovluqları aça-aça istənilən sənədləri tapmaq olar.
Daha bir misal.
Siz Macintosh kompüterləri üçün yaradılmış proqramları tapıb öz kompüterinizə yükləmək istəyirsiniz.ftp server
ftp://ftp.netscape.com ünvanını yazın və Enter düyməsini basın.
Mausun düyməsini iki dəfə basmaqla Pub qovluğunu, sonra CoolTalk və nəhayət, Mac qovluğunu seçin.
ftp serverİstədiyiniz Macintosh kompüteri üçün proqramlar siyahısını görürsünüz.
Bu faylları kompüterinizə köçürmək üçün qovluğun kontekst menyusundan Qovluğa köçürmək (Copy to folder) əmrini seçin. Ekranda Qovluqlara baxılma (Browse to folder) dialoq pəncərəsi açılır. Buradan faylları yazmaq üçün istənilən qovluğu seçə bilərsiniz.
Uzaq məsafədə yerləşən kompüterlə əlaqə yaradan istifadəçi istədiyi faylı öz kompüterindən ona və əksinə göndərə bilər. Başqa sözlə desək FTP şəbəkədəki istənilən kompüterlə istifadəçi arasında ikili və mətni fayllar mübadiləsi aparmağa imkan verir. Bu protokolun bazası əsasında ümumdünya şəbəkəsində verilənlərin download və upload əməliyyatı realizə olunur. Download faylların uzaq şəbəkə kompüterindən (server) klient kompüterinə köçürülməsi/yüklənməsi prosesidir. Upload – əks proses, yəni faylın uzaq məsafədəki kompüterə yüklənməsi deməkdir…Daha ətraflı aşağıdakı videodərsdə…
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий