Домой / İKT xəbər / Galaxy Grand smartfonu istehsal olunub

Galaxy Grand smartfonu istehsal olunub

Galaxy Grand smarfonu istehsal olunub«Samsung» şirkəti «Galaxy Grand» smartfonunu təqdim edib. Cihaz 800×480 piksel təsvir ölçüsünə malik 5 düymlü ekranla, 1.2 QHs takt tezliyində işləyən ikinüvəli prosessor, 2 ədəd kamera (8 meqapikselli əsas və 2 meqapikselli ön) ilə təchiz edilib.

gadirov.com elektron xəbər xidməti «ictnews.az» saytına istinadən bildirir ki, «Samsung Galaxy Grand», həmçinin 1 QB əməli yaddaş və 8 QB daxili yaddaş, «microSD» slotu, «Bluetooth 4.0», «GPS/QLONASS» və «Wi-Fi» modulları, 2100 milliamper/saat tutumunda akkumulyator, akselerometr və jiroskopla təchiz olunub. Smartfonun ölçüləri 144×77×9,6 millimetr, çəkisi 162 qram təşkil edir.Aparata «Android 4.1.2» mobil əməliyyat sistemi quraşdırılıb. «Samsung» şirkəti aparatın qiyməti və çıxarılma tarixi barədə məlumat verməyib.