Домой / İKT xəbər / Google fotolar üzrə axtarış sistemini dəyişib

Google fotolar üzrə axtarış sistemini dəyişib

Google pornoyo yox deyir«Google» fotolar üzrə axtarış sistemində dəyişikliklər edib. Şirkət «Təhlükəsiz axtarış» funksiyasını mükəmməlləşdirib və pornonun ikimənalı sorğular üzrə axtarış nəticələrində əks olunmasına qadağa qoyub.

Gadirov.com elektron xəbər xidməti 
«ICTnews.az» saytına istinadən bildirir ki, istifadəçilərin əksəriyyəti həyata keçirilmiş dəyişikliklərdən sonra axtarış sisteminin pornoqrafik məzmunlu

Google pornoyo yox deyir

 fotolar tapmaması ilə bağlı öz şikayətlərini bildiriblər.
«Google» ikimənalı sorğular üzrə axtarış nəticələrini kəskinləşdirib. Hazırda istifadəçilər seksual fotolar tapmaq üçün sorğularını daha da dəqiqləşdirməli olacaq. «Biz axtarış məzmununa senzura qoymamışıq və istifadəçiyə onun axtardığını göstəririk. Bizim məqsədimiz açıq-saçıq fotoları onlara təsadüfən rast gələ bilən şəxslərdən uzaq tutmaqdır.
Beləliklə, siz erotik məzmunlu fotoları tapmaq üçün axtarış sisteminə son dərəcə aydın sorğu daxil etməli olacaqsınız» – «Business Insider» nəşri «Google» bəyanatından sitat gətirib.