Домой / Adobe Fhotoshop / Göy qurşağının yaradılması

Göy qurşağının yaradılması

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Adobe Photoshop proqramına həsr olunmuş növbəti video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu Göy qurşağının yaradılması olacaq. Bildiyimiz kimi göy qurşağı yağışdan sonra çıxan təbii hadisədir. Bu prosesin Photoshop proqramı vasitəsi ilə yaradılması bilavasitə mümkündür. İlk növbədə bizə lazım olan şəkil fayllarını ekrana çağıraq. Faylı proqramda ekrana çağırmaq üçün File menyusuna daxil oluruq. Açılan menyudan Open adlı əmrə müraciət edirik.Göy qurşağının yaradılmasıOpen dialoq boksunda fayl seçilir və Открыть düyməsi sıxılır. Beləliklə faylımız proqrama çağrıldı.Göy qurşağının yaradılmasıƏvvəlcə birinci şəkil üzərində göy qurşağını yaradaq. Bunun üçün təsviri ekran boyu böyüdürərək yaxınlaşdırırıq. Sonra isə yeni layer yaradaq. Yeni layerin yaradılması üçün Layer panelinin aşağı sağ küncündə yerləşən Great New Layer düyməsini vururuq.Göy qurşağının yaradılmasıBeləliklə Background layerinin yuxarı hissəsində Layer 1 adı altında boş layer yaradıldı.Göy qurşağının yaradılmasıİkinci əməliyyat olaraq alətlər panelindən Gradient Tool alətinin seçimidir.Göy qurşağının yaradılmasıSonra isə Gradient Tool alətinin seçənəklər panelində lazım olan qradientin növü müəyyən etməliyik. Əgər sizin Gradient Tool alətinin seçənəklər panelində göy qurşağının yaradılması üçün nəzərdə tutulan qradient növü yoxdursa, onda şəkildəkiGöy qurşağının yaradılmasıgöstərilən menyuya daxil olaraq Special Effects sətrini seçin. Qarşıya çıxan pəncərədə Append düyməsini sıxaraq xüsusi effektləri Gradient Tool alətinin seçənəklər qutusuna əlavə etmiş olacaqsınız.

Göy qurşağının yaradılması

Siyahıdan göy qurşağının yaradılması üçün nəzərdə tutulan qradient növünü seçin.Göy qurşağının yaradılmasıSonra isə Gradient Tool alətinin seçənəklər panelindəki Reverse çekboksundan işarəni ləğv edin.Göy qurşağının yaradılmasıBaşqa bir tənzimləmə qradientin paylama növünün təyin olunmasıdır.Bunun üçün paneldən Radial Gradient seçin.Göy qurşağının yaradılmasıGöy qurşağının yaradılması üçün qradient alətinin tətbiqinə keçək. Deməli siçanın göstəricisini şəkilin aşağı mərkəzi hissəsində sıxırıq və buraxmadan yuxarıya tərəf dartırıq.Göy qurşağının yaradılmasıGördüyümüz kimi şəklimizdə artıq göy qurşağı yarandı.Göy qurşağının yaradılmasıSonra isə Layer panelindəki layer 1 üçün nəzərdə tutulan Opacity sahəsində 60%, Fill sahəsində isə 83% yazaraq əməliyyatı təsdiq edək.Göy qurşağının yaradılmasıGördüyümüz kimi qradient alətinin şəkil üzərində tətbiqi müvəffəqiyyətlə nəticələnib. Göy qurşağını şəkil üzərində yaratmış olduq. Lakin yaratdığımız göy qurşağında bəzi hissələr silinməlidir. Bunun üçün Erase-Pozan alətini seçərək bizə lazım olmayan hissələri silirik.Göy qurşağının yaradılmasıBeləliklə şəkildəGöy qurşağının yaradılması göstərilən nəticəni almış oluruq. Yəni göy qurşağı artıq bir sahildən digərinə bir qədər fərqli düşür. Burada Opacity faizini 47% edirik. Bu şəkil üzərində göy qurşağı yaratmağın üsullarından biri idi. İndi isə digər şəklimizə müraciət edək. Yuxarıda aparılan bütün əməliyyatlar eyni ilə bu şəklədə tətbiq olunur.Göy qurşağıLakin burada yeni bir üsuldan Add Layer Mask əmrindən istifadə edəcəyik.Göy qurşağının yaradılmasıGördüyümüz kimi layer 1 qarşısında yeni bir ağ rəngli örtük yarandı. Sonra isə Gradient Tool alətinə müraciət edərək nümunədən şəkildəGöy qurşağının yaratmaqgöstərilən növü seçməklə maska-örtük üzərində onu tətbiq edək. Tətbiq zamanı Shift düyməsində istifadə olunur.Göy qurşağıSonra mövcud fayllarımızı kompüterimizdə yadda saxlamaq lazımdır. Beləliklə biz Photoshop proqramında göy qurşağının yaradılması mövzusunu öyrəndik.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Adobe Photoshop proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий