Домой / Windows XP / İdarəetmə paneli

İdarəetmə paneli

Salam əziz dostlar,dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Windows XP əməliyyat sisteminə həsr olunmuş video dərslikdə salamlayıram. Bu gün ki video dərsimizin mövzusu İdarəetmə paneli olacaq. İdarəetmə panelinə (Панел управления) müraciət üçün əməliyyat sistemində bir neçə yol vardır. Onlardan ən sadəsi Пуск (Başla) menyusu vasitəsilədir. İdarəetmə panelinə daxil olmaq üçün əvvəlcə menyunun Пуск (Başla) düyməsi üzərində siçanın göstərici ilə bir dəfə klik edirik. Açılan baş menyudan Настройка (Sazlama) sətrini sonra isə alt menyudan İdarəetmə paneli (Панел управления) sətrinə klik olunur.İdarəetmə paneliBeləliklə ekrana İdarəetmə panelinin elementləri toplanan pəncərə açılır.İdarəetmə paneliPəncərədəki proqramlar vasitəsilə əməliyyat sisteminin bu və ya digər formada parametrlərini tənzimləmək mümkündür.

İdarəetmə paneli

Bizim nümunəmizdə İdarəetmə panelinin pəncərəsindəki proqramların sayı 34-dür. Əməliyyat sisteminin növündən asılı olaraq proqramların sayı artıb və yaxud azala bilər. Gələcək videodərslərimizdə bu proqramların bir çoxu haqqında ətraflı məlumat alacağıq.
Beləliklə biz Windows XP əməliyyat sistemində İdarəetmə paneli mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, bu video dərsliyim Windows XP əməliyyat sistemini müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu video dərsimdə faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Video dərsliyə səs verin. Kanalıma abunə olun ki, bu video dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Оставить комментарий