Домой / İKT xəbər (страница 10)

İKT xəbər

Videofaylları ötürə və foto çəkə bilən eynək yaradılıb

"Google" şirkəti San-Fransiskoda start götürmüş “Google I/O” konfransında "Google Glass Explorer Edition" adlı yeni qurğusunu  təqdim edib. Bu qurğunun gələcəkdə insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevriləcəyi bildirilib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Google” şirkətinin həmtəsisçisi Serqey Brinin sözlərinə görə, hələ ki yalnız konfrans iştirakçıları qurğunu sifariş edə bilərlər və onun qiyməti 1500  dollar təşkil edir. Eynək ... Читать далее »

“Google Play” internet mağazasındakı tətbiqlərin sayı 600 mini ötüb

“Google Play” internet mağazasında “Android” platforması ilə işləyən qurğular üçün nəzərdə tutulmuş tətbiqlərin sayı 600 mini ötüb. Bu barədə şirkətin nümayəndələri San-Fransiskoda start götürmüş “Google I/O” konfransının açılışında bildiriblər. “ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, istifadəçilər xidmətin mövcudluğu ərzində 20 milyarddan çox tətbiq yükləyiblər.Xidmət 190 ölkədə fəaliyyət göstərir. Müqayisə üçün bildirək ki, “App Store” internet mağazasındakı tətbiqlərin ... Читать далее »

“Nexus 7” planşet kompüteri təqdim edilib

"Google" şirkəti Kaliforniya ştatının San-Fransisko şəhərində start götürmüş konfransda “Android 4.1 Jelly Bean” əməliyyat sistemi ilə işləyən "Nexus 7" planşet kompyuterini təqdim edib. “ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, “Asus” şirkəti ilə birgə hazırlanmış planşet dördnüvəli “NVIDIA Tegra 3” prosessoru, 7 düym diaqonallı ekran, 1.3 meqapikselli kamera və “Wi-Fi” modulu ilə təchiz olunub. Kompyuterin avtonom iş rejimində ... Читать далее »

Azərbaycanda «Facebook» istifadəçilərinin sayı 800 mini ötüb

Azərbaycanda "Facebook" sosial şəbəkəsinin istifadəçilərinin sayı 823600 nəfərə çatıb. "Facebakers"in iyunun 25-nə olan vəziyyət üzrə hesabatında göstərilir ki, yanvarın 25-dən iyunun 25-dək sosial şəbəkənin azərbaycanlı istifadəçilərinin sayı 100 mindən çox artıb. Azərbaycanın "Facebook" seqmenti daxil olma reytinqində 85-ci yerdədir ki, bu da yanvar ayı ilə müqayisədə 2 bənd aşağıdır. Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 9,92 faizini təşkil edir. Bu ... Читать далее »

Azərbaycanın İKT şirkətləri Portuqaliya vasitəsi ilə Avropa və Afrika bazarlarına çıxış əldə edəcək

Portuqaliya Respublikasının dövlət və xarici işlər naziri Paulo Portas Azərbaycana rəsmi səfəri çərçivəsində Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb. Görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) mühüm rol oynadığı vurğulanmış, iki ölkə  arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilmişdir. Rabitə ... Читать далее »

Hər gün aktivləşdirilən “Android” qurğuların sayı 1 milyonu ötüb

Dünyada hər gün “Google” şirkəti tərəfindən hazırlanan “Android” platformasında işləyən 1 milyondan çox qurğu aktivləşdirilir (istifadə edilir): cəmi 2 həftə ərzində bu göstərici təxminən 100 min artıb. Bu barədə şirkətin top-meneceri Hüqo Barra (Hugo Barra) ABŞ-da start götürmüş “Google I/O” konfransında bildirib. “ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən  bildirir ki, “Android” platforması ilə işləyən qurğu aktivləşdirmələrinin ümumi sayı 400 ... Читать далее »

Yerli internet şirkətindən Milli Ordu Günü ilə bağlı hədiyyə kampaniyası

Azərbaycanda ən böyük genişzolaqlı simsiz internet xidməti göstərən "Sazz 4G" internet şirkəti 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə ölkənin hərbi qulluqçuları üçün xüsusi hədiyyə kampaniyası keçirir. Kampaniyada iştirak edən bütün hərbi qulluqçulara "Sazz USB" modemi hədiyyə olunacaq. Kampaniya iştirakçısı olmaq üçün sadəcə abunəçi müqaviləsini imzalayaraq bir aylıq abunə haqqını (25 AZN) ödəmək kifayətdir. Kampaniyadan faydalanmaq istəyən hərbi qulluqçular istənilən "Sazz ... Читать далее »

“YouTube” videohostinqi daha çox gəlir gətirəcək

"Google" şirkəti "YouTube" videohostinqindən qazanacağı məbləğin həcmini sirr olaraq saxlayır. Lakin analitiklərin hesablamalarına əsasən qeyd edək ki, məbləğin həcmi kifayət qədər çoxdur. "ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "Citigroup" bank qrupunun mütəxəssisi Mark Maheyninin hesablamalarına görə, "Google" şirkətinin 2012-ci ildə "YouTube" videoxidmətindən qazanacağı məbləğin həcmi 3,6 milyard ABŞ dollarını ötəcək. "Google" şirkətinin "YouTube" videoxidmətində göstərilən reklamdan əldə ... Читать далее »