Домой / İKT xəbər (страница 16)

İKT xəbər

Dahi alim Lütfi Zadənin həyat və karyera yolu

Hər bir azərbaycanlının qürur mənbəyi olan görkəmli azərbaycanlı alim Lütfi Zadənin adı dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunub. Lütfi Zadənin elmi kəşfləri, elmi ideyaları bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşflərdir. Bütün dünyada, xüsusilə vətənində — Azərbaycanda  L.Zadəyə böyük diqqət göstərilir, önəm verilir. Təsadüfi deyil ki, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə ... Читать далее »

Ölkəmiz daxil olan internet-trafikin sürəti üzrə dünyada 115-ci yeri tutub

"Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 2,75 Mbit/saniyə təşkil edir Bakı üzrə bu göstərici 2,80 Mbit/s, Sumqayıt üzrə isə 1,69 Mbit/s təşkil edir.Nəticələr şirkətin martın 12-dən aprelin 10-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 228 811 unikal IP ünvanı seçilib. Azərbaycan daxil olan trafik reytinqi üzrə 115-ci yeri tutub. Reytinqdə Azərbaycanın 20 ... Читать далее »

“Virtual universitet və tədris” idarəetmə strukturlarının təşkilinə başlanılıb

Universitetlərdə yeni idarəetmə strukturları — “Virtual universitet və tədris”, “Elektron tədris və qiymətləndirmə”, “Kurrikulum və qiymətləndirmə”, “Qeydiyyat və qiymətləndirmə”, “Karyera mərkəzləri” və s. keyfiyyəti təmin edən akkreditasiya mexanizmi yaradılıb. “Qəyyumlar və himayəçilər şurası” və s. kimi özünüidarəetmə orqanlarının təşkilinə başlanılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bunlarla yanaşı, təhsil müəssisələrinin beynəlxalq əlaqələri və ... Читать далее »

Yevgeni Kasperskinin həyat fəaliyyəti

Yevgeni Valentinoviç Kasperski 1965-ci il 4 oktyabrda Novorossiyskdə anadan olub.  O, 1982-ci ildə Moskva Dövlət Universitetinin nəzdində Kolmoqorova adına 18 nömrəli fizika-riyaziyyat məktəb-internatını bitirib. 1987-ci ildə Kriptoqrafiya, Rabitə və İnformasiya İnstitutunu bitirib. O, məşhur rus proqramçısıdır. 1989-cu ilin oktyabrında Yevgeni Kasperskinin kompyuterində aşkar olunan “Cascade” virusu onun böyük karyerasının başlanğıcına səbəb olub. 1997-ci ilədək Kasperski və onunla həmfikir olan insanlar ... Читать далее »

Ən sürətli robot-gepard (VİDEO)

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, ABŞ-ın “DARPA” Perspektiv Müdafiə Tədqiqatları Agentliyi robot-gepard təqdim edib. Robot-gepard “DARPA” laboratoriyasında aparılan sınaq zamanı saatda 29 km  qaçış sürətinə nail ola bilib. Beləliklə, 1989-cu ilin rekordu təzələnib. Qeyd edim ki, o zaman robot saatda 21 km qaçış sürətinə nail ola bilmişdi. Mühəndislər 2012-ci ildə robot-gepardı açıq ərazidə sınaqdan keçirməyi planlaşdırırlar. Hazırda robotun ... Читать далее »

“GoMap.Az” saytından yeniliklər

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “GoMap” elektron xəritəsinin saytında (www.gomap.az) yeni funksionallar istifadəyə verilib. “API GoMap.Az” Bu funksionalın köməyi ilə internet saytlar yaradan istifadəçilər, “GoMap” xəritəsini öz saytlarında istifadə edə bilərlər. İstifadə qaydalarına buradan baxmaq olar: http://gomap.az/Info/api/Index.aspx?lng=az Yardım Bu funksionalın köməyi ilə istifadəçilər “GoMap.Az” saytından istifadə qaydaları haqda videotəlimatlara baxa bilərlər. Bu funksionaldan “http://gomap.az/Info/Help/mainPage.aspx?lng=az” linki vasitəsilə istifadə etmək mümkündür. ... Читать далее »

Dördnüvəli prosessorla təchiz edilmiş smartfon təqdim edilib

“İCTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, Tayvanın “HTC” şirkəti Barselonada keçirilən “Mobile World Congress” (MWC) sərgisində yeni “One” xəttindən 3 smartfon təqdim edib. Yeni “One” xəttinin lideri dördnüvəli prosessorla təchiz edilmiş “HTC One X” aparatı olacaq. Qurğunun əsasını “Nvidia Tegra 3” platforması təşkil edir. “HTC One X” smartfonu 4,7 düymlü 1280×720 piksel təsvir ölçülü ekrana malikdir. ... Читать далее »

Avropalıların təxminən yarısı xəbərləri internetdən oxuyur- REYTİNQ

Beynəlxalq internet statistikası şirkəti "ComScore" 2012-ci ilin yanvarında Avropada internet istifadəçiləri ilə bağlı hesablamaları açıqlayıb. Məlum olub ki, avropalıların təxminən yarısı xəbərləri internetdən oxuyurlar. Avropanın 49 ölkəsində aparılmış hesablamalarda qitənin ən populyar xəbər saytları da seçilib. "İCTnews" "Milliyet"ə istinadən bildirir ki, yanvarda ən populyar xəbər saytı İngiltərənin "The Daily Mail" qəzetinin portalı olub. Bu portala yanvar ayında 21, 841 milyon ... Читать далее »