Домой / İKT xəbər (страница 2)

İKT xəbər

Samsung-dan smartfonlar üçün möhtəşəm — YENİLİK

Samsung şirkəti Smartphone Game Pad oyun pultunu satışa çıxarıb. Şirkətin mətbuat xidmətinin məlumatına əsasən, o, 4-6.3 düym diaqonallı ekranla təchiz edilmiş smartfonlarla istifadə üçün nəzərdə tutulub. gadirov.com-un məlumatına görə, mobil aparat pultun arxa hissəsindəki tutqaca bərkidilir.Oyun pultunun çəkisi 195 qramdır. Samsung şirkətinin iddiasına əsasən, oyun qurğusunu Android 4.1 platforması və daha yuxarı versiya ilə işləyən istənilən telefonda istifadə etmək olar. Bununla ... Читать далее »

İki ekranlı planşet satışa çıxarıldı

Hindistanın “Notion Ink” şirkəti 10,1 düymlü “Adam II” planşet kompüterini satışa çıxarıb. Qurğunun sol tərəfində yardımçı displeyin yerləşməsi onu digərlərindən fərqləndirir. gadirov.com saytının məlumatına görə, təsvir ölçüsü 100×5 piksel təşkil edən displey passiv matrisalı (STN) monohrom maye-kristal ekranlar sinfinə aiddir. “STN” ekranları “TFT” ekranlarla müqayisədə enerjidən az istifadə edir. Yardımçı ekranda kitabların üzərində olduğu kimi, əlavələrdən bildirişlər əks olunur. Bunun sayəsində ... Читать далее »

Dünyanın ən ucuz planşeti satışa çıxarıldı

Böyük Britaniyanın ucuz planşet istehsalçısı «Datawind» şirkəti Böyük Britaniyada «UbiSlate 7Ci» planşet kompüterinin satışlarına başlayıb. İstehsalçının iddiasına görə, bu, dünyanın ən ucuz planşetidir. Onun qiyməti 29,99 funt-sterlinqdir.   gadirov.com saytı, elektron xəbər xidməti «cnews.ru» saytına istinadən bildirir ki, qurğu 800×480 piksel təsvir ölçülü 7 düymlük ekran, «Cortex-A8» nüvəli prosessor, 1 QHs takt tezlikli prosessor, 512 MB əməli yaddaş və 4 QB ... Читать далее »

“Windows XP” istifadəçilərinin sayı azalır

Gündən-günə “Windows XP” əməliyyat sisteminin istifadəçiləri azalır. Bu barədə “Qualys” şirkətinin nümayəndəsi Vofqanq Kandek bildirib. “Microsoft” korporasiyasının istifadəçiləri dəstəklənməsi 8 aprel 2014-cü ilə planlaşdırılan əməliyyat sistemindən istifadənin təhlükəsiz olmamasına inandıra bilməsi güman edilir. V.Kandekin sözlərinə görə, cari ilin yanvarından etibarən 12 il istifadə olunan «Windows XP”nin göstəriciləri həmişə azalmağa doğru gedib. Yalnız iyunun ortalarından avqustun sonunadək “Microsoft” korporasiyasına məxsus əməliyyat ... Читать далее »

Azərbaycanın onlayn ödəmə portalı

“Hesab.az” onlayn ödəmə portalının istifadəçilərinin sayı artıb. gadirov.com elektron xəbər xidmətinin məlumatına görə, hazırda “Hesab.az”da qeydiyyatdan keçərək onlayn ödəniş imkanlarından yararlanan istifadəçilərin sayı 90 285 nəfərə çatıb. “GoldenPay” ödəmə texnologiyaları əsasında çalışan “Hesab.az” istənilən mobil operatorun, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsilə ödəmək imkanı verir. Qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet aça, ... Читать далее »

Milli İnternet Mükafatına start verildi

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri.Millinet.az saytının məlumatına əsasən 23.09.2013-cü il tarixindən etibarən Milli internet Mükafatı 2013-ə start verilib. Hər il olduğu kimi bu ildə saytımız bu musabiqədə iştirak edir. İLk növbədə musabiqənin yaradıcılarına və təşkilatçılarına öz dərin təşəkkürümü bildirirəm ki, bizim saytımızı da iştirakçılar sırasına qatdılar. Bizi müsabiqədə dəstəkləyin! Musabiqə haqqında onu qeyd etmək istəyirəm ki, bu ilki yarışmada ... Читать далее »

Mobil telefonlar vasitəsilə plastik kart üzərindən ödənişlər etmək mümkün olacaq

gadirov.com elektron xəbər xidməti  «ICTnews.az» saytına istinadən bildirir ki,«MasterCard» beynəlxalq ödəniş sistemi gələn il Azərbaycanda mobil telefonla ödənişlər etməyə imkan verən xidmətin tətbiqinə başlayacaq. Bu barədə «MasterCard»ın Azərbaycandakı regional meneceri Hakan Açar məlumat verib. Onun sözlərinə görə, sistem mobil ödənişlərin inkişafına böyük diqqət verir və bir çox göstəricilər üzrə dünyada bu bazarın lideridir.Bu istiqamətdə «MasterCard» öz təcrübəsini Azərbaycana gətirmək istəyir. Həmçinin beynəlxalq ... Читать далее »

2013-cü il mobil virusların ili olacaq

Mobil qurğuların populyarlığı çox sürətlə artdığından fırıldaqçıların və hakerlərin pul qazanmaq istəyində təəccüblü heç nə yoxdur. Demək olar ki, hər gün smartfon və planşetlər üçün zərərli proqramların sayı artır.«BitDefender» antivirus şirkətində çalışan mütəxəssislərin fikrincə, 2013-cü il mobil virusların ili olacaq. gadirov.com elektron xəbər xidməti «ICTnews.az» saytına istinadən bildirir ki, «BitDefender» şirkətində kompüter təhlükəsizliyi üzrə baş mütəxəssis Katalina Kozoinin verdiyi məlumata əsasən, 2012-ci ... Читать далее »